Gömrük Komitəsinin işiçiləri ziyalıya "torba" tikiblər! - ŞİKAYƏT

img

17-12-2014 [11:38]


Namazov Qalib Hidayət oğlu H.Əliyev adına Beynəlxalq Hava Limanının (BHL) yeni inzibati binasında, Dövlət Gömrük Komitəsinin işçilərinin qanunsuz əməlləri barədə redaksiyamıza müraciət edib.

Mia.az-ın elektron poçtuna daxil olan şikayət məktubunu olduğu kimi diqqətinizə çatdırırıq: "Yazıb sizə bildirmək istəyirəm ki, H.Əliyev adına Beynəlxalq Hava Limanının (BHL) yeni inzibati binasında, Dövlət Gömrük Komitəsinin Rəhman və Azər adlı işçiləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, tamah məqsədi ilə əvvəlcədən əlbir olaraq, hiylələr quraraq, şantaj və təhdidləri ilə biz vətəndaşlara maddi-mənəvi zülm edirlər. Bu qanuna zidd hərəkətləri azmış kimi Rəhman və Azər adlı gömrük işçiləri aeroportda 10-a yaxın orada işləyən dövlət məmurlarının və 500-ə yaxın yerli və xarici sərnişinlərin gözü qarşısında vəzifə səlahiyyətlərindən sui-istifadə edərək çəkinmədən rəsmən terror havası əsdirirlər. Belə ki, 09.12.2014-cü il saat 16:00 radələrində J088 reysi ilə İstanbuldan Bakıya qayıtmışam. H. Əliyev adına BHL-nın yeni inzibati binasının gömrük nəzarət məntəqəsində Xray cihazına 2 metr qalmış, keçməzdən əvvəl Azər adlı mülki geyimli gömrük işçisinə yaxınlaşaraq bildirdim ki, mənim şəxsi istehlakım üçün aldığım, üzərimdə 200 qr qızıl əşyam var. Bəyannamə yazmağım və rəsmi dövlət rüsumunu yerində ödəməyim üçün mənə lazımi köməklik edə bilərsinizmi?- deyə xahilş etdim. Çünki mən AR nizamlı-intizamlı və qanunpərəst ziyalı vətəndaşıyam (Q.Namazov).

Gömrük işçisi Azər isə mənə bildirdi ki, Xray cihazını keçin, sizə lazımi kömək ediləcək. Məndə inanaraq, Xray cihazından keçdim və dayanaraq çönüb Azərdən köməklik gözlədim. Azər isə ağlıma gəlməyən bir tələyə saldı məni. Azər məni göstərək başladı bağırmağa ki, bunun üzərində qızıl var saxlayın onu, kantrabada tez gəlin bura. Bir anlıq şok oldum və yaxınlaşdım Azərə bildirdim ki, heç utanmırsız hərəkətindən, ayıb deyil sizə? Soyuqqanlıqla Azərə hələ bir özünüzü mənə təqdim ediniz, vəsiqənizi göstəriniz, niyə əyninizdə uniforma yoxdur, deyə bir çox iradlarımı bildirdim. Azər isə iradıma zidd gedərək, məmur etikasını aqressiv şəkildə pozaraq mənim ilə sərt davranmağa və təhdidləri ilə çığırıb-bağırmağa başladı. Sonra da pasportumu səlahiyyəti çatmadığı halda özbaşına əlimdən alaraq götürüb getdi. Onunla qabaqcadan əlbir olan Rəhman adlı gömrük işçisi isə, şəxsi 200 qr qızıl zinət əmlakımı əsassız yerə əlimdən alaraq, protokollaşdırıb saxlanc seyfinə qoymuş və mənim ilə höcətləşərək Azərin qanuna zidd hərəkətlərini müdafiə etmişdir. Rəhman və Azərin məqsədi bu idi ki, məni panikaya salaraq, təhdid və şantajla qorxuzaraq AR dövlət büdcəsinə qanuni rüsumumu yerində ödəməkdən vaz keçirsinlər və dövlətimizin büdcəsinə maddi zərər vursunlar. Çünki Rəhman gülə-gülə mənə bildirdi ki, sabah gələrsən, əmlakını həll edərik (aydın məsələ idi). Mən isə sabahı gün BHL-a getmədim. 

Hadisənin hər saniyəsi BHL-nın nəzarət kameralarıda da qeyd olunmuşdur. Aeroportdakı özbaşınalıq ilə əlaqədar H. Əliyev adına BHL-nın rəhbərliyinə şikayət etdim, növbətçilərdən birisi: "Heç kim burada sənin şikayətinə baxan deyil, burda boşuna cırnama”. 

Digər növbətçi isə: "DGK şikayətinə baxan deyil, get Baş Prokurora şikayet et” bildirdilər! İlqar adlı BHL-nin növbə rəisinin müavini kobud şəkildə: "Hara istəyirsən, yeri get şikayət elə” dedi. 

Nəzərinizə çatdırmaq istəyirəm ki, AR DGK-i və H. Əliyev adına BHL-nın rəhbər şəxslərindən heç kim şikayətimə baxmamışlar. Sizdən artıq dərəcədə xahiş edirəm ki, əgər mümkünsə şəxsi əmalakımın özümə geri qaytarılmasında yaxından köməklik edəsiniz. Rica edirəm şikayət ərizəmi xüsusi nazarətinizə götürəsiniz və gündən-günə çiçəklənən dövlətimizi gözdən salmağa çalışan tam yararsız, vəzifə səlahiyyətlərindən sui-istifadə edən, H. Əliyev adına BHL-nın tamahkar və fırıldaqçı gömrük işçiləri Azər və Rəhmanı qanuna müvafiq şəkildə cəzalandırılmasında şəxsən köməklik edəsiniz. Çünki bu cür "məmurlar” öz çirkin niyyətli əməlləri ilə biz vətəndaşları Prezdentimizi, dövlətimizi, millətimizi və bayrağımızı sevməkdən daşındırmağa çalışırlar. 

Əvvəlcədən sizə dərin təşəkkürümü bildirirəm! 16.12.2014-cü il Namazov Qalib Hidayət oğlu.

Tel: 070 219 99 19".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA