Səlim Müslümov mərkəz rəhbərini qovdu, prokurorluq həbs edir - Rəsmi

img

17-12-2014 [10:56]


Şabran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. 

Baş Prokurorluğun mətbuat xidmətindən erilən məlumata görə, Şabran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı mərkəzin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mövcud qanunvericiliyin tələblərinə zidd olaraq sosial müavinətlərin təyinatı və ödənilməsi zamanı 94 min manat məbləğində dövlət vəsaitini israf etmələrində şübhələr əsasını tapıb.

Şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədilməklə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Mia.az-ın əldə etdiyi məlumata görə, sözügedən mərkəzin fəaliyyətini şəxsən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yoxlatdırıb. Yoxlama zamanı isə mərkəz tərəfindən 32 sosial müavinət işi üzrə 50 881,8 manat və 36 ədəd ünvanlı sosial yardım işi üzrə 43 005,1 manat, ümumilikdə 93 886,9 manat artıq ödəmənin aparıldığı aşkar edilib. Bundan sonra mərkəzin məsul şəxsləri vəzifələrindən azad edilib. Eyni zamanda, nazirin tapşırığı ilə yoxlamanın nəticəsi prokurorluğa göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA