Putinin tələbə yoldaşının bağında kimin gizli fotoları çəkilib? - İlham Rəhimova yeni zərbə planı

img

17-12-2014 [10:02]


Xəbər verdiyimiz kimi, ötən ayın sonunda Azərbaycanın ictimai-siyasi həyatında «dumanlı adam» kimi xarakterizə olunan iş adamı, Rusiya prezidenti Putinin tələbə yoldaşı İlham Rəhimov Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı apardığı "şantaj kampaniyası”ndan gözləmədiyi ağır zərbəni aldı.

Mia.az xəbər verir ki, bununla bağlı "Reytinq” qəzetinin son sayında maraqlı araşdırma təqdim olunub. 

Araşdırmada qeyd olunur ki, aldığı zərbədən isterik vəziyyətə düşən İlham Rəhimovun barəsində yeni kompromatlar meydana çıxa bilər. Bunların arasında ən diqqətçəkəni isə belə xarakterizə edilib:

"Artıq İlham Rəhimov haqqında kompromat toplayırlar. Bununla onu rüsvay edə bilərlər. Hətta bir neçə il əvvəl Rusiyadan gələn və onun villasında istirahət edən mötəbər şəxsin qohumlarının gizli çəkilmiş fotolarının da bu işdə istifadə predmetinə çevrilməsi mümkündür. Bu fotoları isə İlham Rəhimovun bir dostu və vaxtı ilə Azərbaycanda yüksək vəzifə tutmuş şəxs çəkib...”.

Qəzet iddia edib ki, bu fotoları yaymaqla İlham Rəhimova daha ağır zərbələr vurulacaq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA