16-12-2014 [17:31]
13-16 dekabr tarixlərində Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən "Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə respublika ərazisində növbəti reydlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, reyd zamanı Göyçay rayonu Kürdşaban kəndi ərazisində ovla məşğul olan İsmayıllı rayonu Külüllü kənd sakini İsmayıl Hacıbalayev saxlanılaraq ondan 1 ov tüfəngi, 8 patron və 1 qaranaz quşu götürülüb. Faktla bağlı təqsirkar şəxs barəsində akt və protokol tərtib edilib və qanun pozucusu 1000 manat məbləğində cərimə olunub.
Göyçay rayonu İnçə kəndi ərazisində ov edən kənd sakini Rüstəm Abbasov saxlanılıb və ondan 1 ov tüfəngi, 5 patron, 1 ördək götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib olunaraq 1000 manat məbləğində cərimə tətbiq edilib.
"Şərbətqobu” ovçuluq təsərrüfatının ərazisində keçirilmiş reydlər zamanı qanunsuz ovla məşğul olan Kürdəmir rayonu Söyüdlər kənd sakini Ziyad Nəsirov və Laçın rayonu Sadınlar kənd sakini Nicat Allahverənov saxlanılıb və onlardan 2 ov tüfəngi, 4 patron götürülüb. İnzibati xətaya yol vermiş şəxslər barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib olunaraq hər biri 1000 manat məbləğində cərimə edilib.
Şahdağ Milli Parkının ərazisində keçirilmiş reyd zamanı ov edən İsmayıllı rayonu Lahıc kənd sakini Məhəmməd Nəcəfov saxlanılaraq ondan 1 ov tüfəngi və 1 ədəd ovlanmış cüyür götürülüb. İnzibati xətaya yol vermiş şəxs barəsində müvafiq qaydada akt və protokol tərtib edilib və o, 2000 manat məbləğində cərimə olunub.
Şahdağ Milli Parkının ərazisində keçirilmiş növbəti reyd zamanı isə ovla məşğul olan Qəbələ rayonu Abrıx kənd sakinləri Rəşad Rəfiyev, Qaya Xurşudov, Murad Yəhyayev və Zahir Ağakərimov saxlanılaraq onlardan 4 ov tüfəngi götürülüb. Qanun pozucuları barəsində müvafiq qaydada akt və protokol tərtib olunaraq hər biri 1000 manat məbləğində cərimə edilib.
Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində keçirilmiş reyd zamanı ovla məşğul olan Masallı rayonu Mololan kənd sakini Fərahim Hüseynov saxlanılıb və ondan 1 ov tüfəngi, 24 patron götürülüb. İnzibati xətaya yol vermiş şəxs barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib edilib və o, 1000 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər davam etdirilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi