Prezident ard-arda 2 fərman verdi-DƏYİŞİKLİK

img

16-12-2014 [15:42]


Azərbaycan prezidenti İlham Əliyev bu gün bir neçə fərman imzalayıb. Ölkə başçısı Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsiilə Moldovanın Maliyyə Bazarları üzrə Milli Komissiyası arasında əməkdaşlıq və məlumat mübadiləsi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

MİA-nın məlumatına görə, fərmana əsasən, AzərbaycanınQiymətli Kağızlar üzrə Dövlət KomitəsiAnlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

AzərbaycanXarici İşlər Nazirliyiisə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Moldova hökumətini xəbərdar etməlidir.

**** 

Prezident "Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair” sazişin təsdiq edilməsi haqqında qanunu təsdiqləyib.

"Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair” saziş 2014-cü il mayın 6-da Bakıda imzalanıb.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA