16-12-2014 [15:15]
Milli Məclisin bugünkü iclasında Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə "Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişikliklərə münasibət bildirib.
Modern.az saytının məlumatına görə, deputat bildirib ki, əgər müvafiq qurumlar hər hansı mətbuat orqanını cəzalandırıbsa, həmin mətbu orqanlarını məhkəmələr ikinci dəfə cəzalandıra bilməz.
Onun sözlərinə görə, qəzetdəki bir yazıya görə iki dəfə məhkəmə iddiası qaldırmaq praktikası məqsədəuyğun deyil: "Bu vaxta qədər 3 dəfə idi, indi isə dəyişikliyə görə 2 dəfə olacaq. Bunun nə mənası var?! 2 dəfə məhkəmə iddiasından sonra media orqanının bağlanması absurddur. Belə bir təcrübə özünü doğrultmursa, bu dəyişikliyi niyə etməliyik?”
Partiya sədri bildirib ki, beynəlxalq təşkilatlarda sözügedən qanun layihəsinə dəyişikliyə görə Azərbaycan haqqında mənfi təsəvvürlər yaradılır: "Onlarda belə təəssürat yaranır ki, Azərbaycanda KİV haqqında qanunvericilikdə mürtəce dəyişikliklər edilir. Buna niyə şərait yaratmalıyıq? Beynəlxalq aləmi üzərimizə qaldırmağa ehtiyac yoxdur. Bu qanun layihəsinin heç bir mənası yoxdur”.
Deputat Zahid Oruc isə deyib ki, qanun layihəsindəki dəyişiklik heç bir mürtəce xarakter daşımır. O bildirib ki, bəzi media qurumlarının xarici kəşfiyyata xidmət etdikləri müşahidə edilib.
Tahir Rzayev qeyd edib ki, Azərbaycan mediasında bəzi deputatlar haqqında mənfi fikirlər formalaşdırılır: "Deyirlər ki, guya parlamentin bir çox deputatı çıxış etmir, aktiv deyil. Bu, təhqirdir”.
Milli Məclis sədri Oqtay Əsədov vurğulayıb ki, media orqanlarının belə iddialarla çıxış etməsi düzgün deyil.
Spikerin müavini Bahar Muradovanın fikrincə, bəzi qüvvələrin bu qanuna dəyişiklik edilməsini mürtəcelik kimi dəyərləndirməsi anlaşılan deyil: "Kim qanun pozmayacaqsa, o cəzalanmayacaq. Bəzilərinin şivən qoparmasını anlamıram. Bəziləri mətbuat adından danışmağa başlayır. Bu nəyə lazımdır axı? Hər kəs qanun qarşısında məsuliyyət daşımalıdır”.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov dəyişikliyi normal addım kimi dəyərləndirib. "Jurnalistlər hamını tənqid edə bilər, amma təhqir yox”.
Deputat Aqil Abbas bildirib ki, qorxu, vahimə yaradan informasiyalarla bağlı cəza tədbirləri də nəzərdə tutulmalıdır.
Sonda qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Qanun layihəsinə deputatlardan 1-i əleyhinə, 94-ü isə lehinə səs verib. Bir nəfər isə bitərəf qalıb
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi