Fərdi yaşayış evləri tikmək asanlaşır - Nazir şərtləri açıqladı

img

16-12-2014 [15:11]


Yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün rəy alınması daha da asanlaşacaq. Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertizası Baş İdarəsinin yeni inzibati binasının açılış mərasimi olub. Açılış mərasimində fövqəladə hallar naziri Kəmaləddin Heydərov iştirak edib.

Nazir yeni inzibati binada yaradılan şəraitlə tanış olub.

Açılış mərasimində qeyd edilib ki, yaşayış və qeyri-yaşayış binalarının tikintisi məqsədilə lazımi rəyin alınması üçün vətəndaşlar və hüquqi şəxslərin işi bundan sonra daha da asanlaşacaq.

Yeni binada FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertizası Baş İdarəsinin əməkdaşları ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Mühəndis Geologiyası Mərkəzinin, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi, eləcə də Dövlət Yanğın Nəzarəti Xidmətinin nümayəndələri də fəaliyyət göstərəcəklər. 

Hündürlüyü 12 metrdən yuxarı olan yaşayış və qeyri-yaşayış binaları üçün burada müvafiq ekspert rəyləri veriləcək.

Daha sonra K.Heydərov FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin İnformasiya Mərkəzi və Dövlət Agentliyinin Mühəndis Təminatı, Texnoloji Həllər və Avadanlıqlar şöbəsinin işi ilə tanış olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA