“Bakı məktəblərində təhlükəli tendensiya var" - Mikayıl Cabbarov

img

16-12-2014 [14:11]



"Bakı məktəblərində kişi və qadın müəllimlərin sayı ilə bağlı təhlükəli tendensiya var”.

Report.az xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, bu tendensiya bu gün yaranmayıb və nazirliyin diqqətindədir: "Nazirlik tərəfindən görülən işlərə gəlincə, son illər ərzində müəllimlərin işə qəbulu yalnız bir meyara - peşəkar keyfiyyətlərə əsasən həyata keçirilir. Yeni işə qəbul olunan müəllimlərin gender dinamikasında bu problem yoxdur. Amma ümumilikdə götürdükdə bu məsələdə natarazlıq var və bu bizi narahat edir”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA