Gürcüstanlılar Azərbaycanda niyə sürücülük vəsiqəsi ala bilmir?

img

16-12-2014 [13:33]


Gürcüstanda yaşayan azərbaycanlılar Bakıda imtahan verib, sürücülük vəsiqəsi ala bilmirlər. Hətta 2 il əvvəl burada imtahan verib, sürücülük vəsiqəsi alan soydaşlarımız indi miqrasiya probleminə görə geriyə qayıtsalar da, orada nə vəsiqələrini dəyişə bilirlər, nə də geri dönüb burada müddəti üzada bilirlər. Gürcü tərəfi açıq şəkildə Azərbaycandan alınan sürücülük vəsiqələrini dəyişməkdən imtina edir. Azərbaycanın bu ölkədəki səfirliyi isə şikayətçiləri qəbul etməkdən yayınır

Bu barədə Mia.az-a məlumat verən soydaşlarımız deyib ki, Azərbaycanda əvvəlkitək 3 aylıq pasport qeydiyyatına düşərkən, daha müvəqqəti şəxsiyyət vəsiqəsi verilmir: "Poçt şöbələri möhürlü sənəd verir, Miqrasiya İdarəsinin verdiyi isə möhürsüz adi kağız parçasıdır. Bunu əsas tutan DYP əməkdaşları sürücülük vəsiqələrimizi yeniləməkdən imtina edirlər. Gürcü tərəfi isə bunu dəyişməkdən imtina edir. Elə soydaşımız var ki, hər üç aydan bir ölkəyə çixış-giriş etməklə Bakıda yaşayır. İndi həmin adamlar maşınlarını da bu problemə görə idarə edə bilmirlər".

Yeri gəlmişkən, Azərbaycan vətəndaşları burada olan rüşvət amilini əsas gətirərək, Gürcüstana gedir və orada imtahan verib, asanlıqla sürücülük vəsiqəsi ala bilirlər. Amma qonşu Gürcüstandan fərqli olaraq, Azərbaycanda pasport qeydiyyatı ollmadan bunun mümkünsüzlüyü ortaya maraqlı suallar çıxarıb. 

Bununla bağlı Mia.az-ın araşdırması olacaq, bizi izləyin!



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA