Bərdədə məmurlar şəhidin doğum günündə! - FOTO

img

16-12-2014 [12:02]


Dünən Mustafaağalı kənd tam orta məktəbində Bərdə rayon Gənclər və İdman idarəsinin, Təhsil şöbəsinin və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Bərdə rayon şöbəsinin birgə təşkilatçılığı ilə məktəbin adını daşıdığı  şəhid Qarayev Göyüş Adil oğlunun doğum günü qeyd edilib. 

Bərdədən Mia.az-a daxil olan məlumata görə, tədbirdə Gənclər və İdman idarəsinin  rəisi Anar Şahbazov,  baş məsləhətçi  Aydın Qasımov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Etibar Hüseynova, Təhsil şöbəsinin metodisti Vüsal Quliyev, məktəbin direktoru Tofiq Məmmədov və müəllim Şövkət İsmayılova şəhidin keçdiyi qısa, lakin şərəfli həyat yolundan danışıblar.

 Tədbirdə sonra şəhidin ailəsinə baş çəkilmiş və sovqat aparılıb. 

Məlumatda o da qeyd olunub ki, tədbirin məqsədi şəhidin adının anılması və gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA