FHN yaranma gününü qeyd edir

img

16-12-2014 [11:51]


Prezident İlham Əliyevin 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən, hər il dekabrın 16-sı ölkəmizdə Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günü kimi qeyd olunub.

AzərTac xəbər verir ki, bu münasibətlə dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi və əməkdaşları Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, onların məzarları üzərinə gül, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA