DİN-də kütləvi təmizlənmə… – Yeni rəisin “qara siyahı”sında kimlər var?

img

16-12-2014 [10:35]


Bakı Şəhər Baş Polis İdarəsinin yeni rəisi Mirqafar Seyidov bir qrup vəzifəli şəxsin işdən azad edilməsi üçün Daxili İşlər naziri Ramil Usubova təqdimat yazıb. 

AzNews.az xəbər verir ki, bu siyahıda BŞBPİ-inə aid olan Rayon Polis İdarələrinin, eləcə də digər strukturların bəzilərinin rəislərinin adları var. Məlumata görə, siyahı Mirqafar Seyidovun rəhbərliyi ilə keçirilən yoxlamalar nəticəsində hazırlanıb. 

Belə ki, yeni rəis tabeliyində olan idarə və şöbələrin demək olar ki, hamısında yoxlamalar keçirib və çox ciddi nöqsanlar aşkarlayıb. Bundan sonra isə o, kadr dəyişikliklərinin edilməsi barədə nazirə təqdimat yazıb. Bildirilir ki, ən ciddi qanun pozuntuları, Qaradağ, Binəqədi və Xətai Rayon Polis İdarələrində aşkarlanıb.

Xatırladaq ki, dünən Mirqafar Seyidovun rəhbərlik etdiyi idarədə 9 nəfər vəzifəsindən azad edilib. Onlardan 5-i idarə rəisləri idi. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA