Elmar Vəliyev göstəriş verdi - VİDEO

img

15-12-2014 [18:54]


Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Cavad Xan qəsəbəsində məskunlaşmış Kəlbəcərdən olan məcburi köçkünlərlə görüşüb.


Kəlbəcər rayonunun icra başçısı Aqil Məmmədovda görüşdə iştirak edib. Görüşdə şəhər və  rayon rəsmilərinin, hüquq-mühafizə orqanlarının, icra strukturlarının rəhbərləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev abadlıq-quruculuq işlərinə dair  həyata keçirilən layihələr çərçivəsində burada baş verən məlum hadisələrə aydınlıq gətirib, qəsəbədə görüləcək işlər barədə geniş məlumat verib. Qeyd edib ki, yalnız Kəlbəcər köçkünlərinin deyil, respublikamızın müxtəlif bölgələrindən gəlmiş  insanların məskunlaşdığı, 516 hektar sahəni əhatə edən ərazidə hər bir ailənin, hər bir vətəndaşın rahat və firavan yaşaması üçün böyük abadlıq, quruculuq işlərinə başlanıb. Burada ilkin olaraq, su-kanalizasiya, işıq-qaz, su problemləri, küçə və yolların qaydaya salınması, asfaltlanması işləri həll olunacaq.  Tikilən yaşayış evləri sənədləşdiriləcək, küçələrə adlar veriləcək, vacib sosial obyektlər tikiləcək.  O, qeyd etdi ki, möhtərəm Prezidentimiz Cənab İlham Əliyev əhalinin bütün təbəqələrinə, o cümlədən qaçqın və köçkünlərə xüsusi diqqət, qayğı göstərir, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, rifah halının yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. Gəncədə 1500 nəfərlik qaçqın və köçkün qəsəbəsinin salınması, burada müasir tipli yaşayış binalarının  istifadəyə  verilməsi, həmin qəsəbədə mühüm sosial obyektlərin tikilməsi ölkə başçısının bu qayğısının bariz nümunəsidir. Bu yaxınlarda daha belə bir qəsəbə istifadəyə veriləcək.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbirdə iştirak edən bütün vətəndaşları təmkinlə, səmimiyyətlə dinləyib, onların müraciətlərini yerindəcə həll edib, müvafiq təşkilatlara göstəriş və tapşırıqlarını verib. 

Vətəndaşlar onlara diqqət və qayğı göstərildiyinə, arzu və istəklərinə əməl olunduğuna görə ölkə Prezidenti Cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.          
                       
Görüşdən sonra  Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev KİV nümayəndələrinin suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:







Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA