Qovulan 5 rəislə bağlı DİN-dən açıqlama- Nöqsanlara yol veriblər

img

15-12-2014 [17:22]


Daxili İşlər Nazirliyi Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun işdən çıxardığı yüksək rütbəli əməkdaşlarla bağlı məlumat yayıb.

Bu gün Daxili İşlər Nazirliyində Bakı Şəhər Baş Polis İdarəsində idarəçilik və təşkilatçılıq fəaliyyətinin yoxlanılmasının nəticələrinə həsr olunmuş naziryanı əməliyyat müşavirəsi keçirilib.

İşdə yol verdikləri ciddi nöqsanlara görə Baş İdarənin Təşkilati-İnspektor İdarəsinin rəisi Əli Hacıyev, Kadrlar İdarəsinin rəisi Səbuhi Cəfərov, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Musa Hacıyev və rəis müavini Mövsüm Qurbanov, Katibliyin rəisi Namiq Aslanov, Təhqiqat Şöbəsinin rəisi Ayxan Bağırov və digər 3 əməkdaş tutduqları vəzifələrdən azad olunublar.

Qeyd olunmalıdır ki, yoxlama Daxili İşlər Nazirliyinin əsas Təşkilati Tədbirlər Planına uyğun olaraq aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA