DİN səyyar xidmət həyata keçirdi, 232 nəfər vəsiqə aldı

img

15-12-2014 [14:04]


Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və aidiyyəti ərazi polis orqanlarının müvafiq xidmət əməkdaşlarının iştirakı ilə Sumqayıtda bu şəhərin, eyni zamanda, Qubadlı, Laçın, Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa rayonlarının sakinlərinə şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib. 

Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. 

Məlumatda bildirilib ki, tədbir zamanı 232 vətəndaşa, o cümlədən 16 yaşına çatmayan 64, 16 yaşına çatmış 168 nəfərə yeni şəxsiyyət vəsiqələri verilib. Bundan əlavə, 198 nəfərin də şəxsiyyət vəsiqələri ilə təmin olunması üçün müvafiq sənədlər qəbul edilib.

DİN bildirir ki, vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi prosesi davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA