Sabahın hava proqnozu açıqlandı

img

15-12-2014 [13:55]


Sabah Bakıda və Abşeron yarımadasında mülayim hava üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış yağacaq. Şimal küləyi əsəcək.

Temperatur gecə 3-5, gündüz 7-10 dərəcə isti gözlənilir.

Rayonlarda da dekabrın 16-da arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qara keçəcəyi ehtimal olunur. Gündüz qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi, arabir duman olacağı gözlənilir.

Temperatur aran rayonlarında gecə 0-5, gündüz 6-10 dərəcə isti, dağlıq rayonlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA