Neftçalada camaatın naləsi ərşə çıxıb, məmurlar isə "gözləyin" deyirlər

img

15-12-2014 [12:55]


Neftçala rayonunda sakinlər soyuqdan donur. 

Bu barədə rayonun Həsənobad kənd sakinləri ANS PRESS-ə şikayətlərində bildiriblər. Sakinlərin sözlərinə görə, qəsəbə ərazisində dəmir yolu stansiyasının yaxınlığında 6 yaşayış evində bir aydır ki, işıqlar sönüb.

Qəsəbə sakini Xanım Quliyeva ANS PRESS-ə bildirib ki, onlara təbii qaz da verilmir. Bu səbəbdən qəsəbə sakinləri soyuqdan birtəhər olublar.

"Bir ay bundan qabaq ildırım işıq transformatorunu vurub yandırıb. Dəfələrlə şikayət etsək də, düzəldən yoxdur. Soyuqdan xəstəliyə tutulmuşuq”, - deyə Xanım Quliyeva bildirib.

Məsələ ilə əlaqədar Həsənobad kənd icra nümayəndəliyi sədrinin müavini Əlifağa Əlihüseynovla əlaqə saxladıq. İcra nümayəndəsinin ANS PRESS-ə verdiyi məlumata görə, bu barədə dəfələrlə müraciətlə olub. Hazırda danışıqlar aparılır.

"Həmin ərazidə transformator yanıb. Həmin ərazi dəmir yolunun balansında idi. Ona görə də, işıq idarəsi problemin onlara aid olmadığını deyirdilər. Dəmiryolu İdarəsindən bildirdilər ki, artıq stansiya işləmədiyi üçün həmin ərazi onların balansından çıxıb. Onlar bu barədə arayış verdilər. Həmin arayışa əsasən işıq idarəsilə danışıqlar aparmışıq. İdarədən bildirilib ki, 10 gün ərzində yeni işıq transformatoru alınacaq”, - deyə Əlifağa Əlihüseynov bildirib.

Demək indi 6 ailənin sakinləri qışın soyuğunda özləri bildikləri kimi qızınmalıdırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA