"İndi buradakı əşyalarımı toplayıb, gedəcəyəm" - Milli Nüvə Tətqiqatları Mərkəzinin sədri

img

15-12-2014 [11:47]


Milli Nüvə Tətqiqatları Mərkəzinin sədri Adil Qəribov rəsmi olaraq bu posta təyinat alsa da, hələ işinin icrasına başlamayıb.

A.Qəribov AzVision.az-a açıqlamasında buna səbəb kimi, mərkəzə yer ayrılmamasını göstərib:

"AMEA-ya illik hesabatımı hazırlamaq üçün gəlirəm. Mən burda işçi deyiləm, maaş da almıram. Əmək kitabçamı da Milli Nüvə Tətqiqatları Mərkəzinə göndəriblər. İndi buradakı əşyalarımı toplayıb, gedəcəyəm. Mən Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri təyin olunmuşam. Bizə yer verilsə, vəzifəmin icrasına başlayacağam. Hələ yerimiz də müəyyən edilməyib. İşçi də götürməmişik”.

Qeyd edək ki, Nazirlər Kabineti Milli Nüvə Tədqiqatları Mərkəzi Qapalı Səhmdar Cəmiyyətinin ("MNTM” QSC) Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında qərar verib.

QSC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA