15-12-2014 [11:21]
Bərdənin icra başçısı Vidadi İsayev hazırda rəhbərlik etdiyi rayonda fəaliyyət göstərən bütün idarə müdirlərini intihar həddinə çatdırıb.
Mia.az xəbər verir ki, bu barədə «Reytinq»ə rayonun idarə
müdirlərindən biri məlumat verib. Onun sözlərinə görə, icra başçısı elə bir
vəziyyət yaradıb ki, heç bir idarə müdiri Vidadi İsayevin qanunsuz «aylıq hesab» tələbindən də kənara çıxa bilmir. Əks halda, icra başçısının kəllə atan müavini Vidadi İmanquliyevin zərbələrinə tuş gələ biləcəklərindən ehtiyat
edirlər:
«Yəqin bu Vidadi İmanquliyevi Azərbaycan cəmiyyəti hələ də unutmayıb. Bu o adamdır ki, onun qanunsuzluğuna görə 19 aprel 2011-ci ildə rayonun Qasımbəyli kənd sakini Cəmaləddin Paşayev uşaqlarının gözü önündə özünə od vurub, intihar etdi. Həmin vaxtı rayonun Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzində direktor işləyən Vidadi İmanquliyevlə dalaşan Cəmaləddin Paşayev öz həyətində, özü də körpə uşaqların gözü önündə üstünə benzin tökərək həyatına son qoydu. O zaman ölkə mətbuatının da gündəmində olan bu hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılsa da, Vidadi İmanquliyevə nəinki söz deyən oldu, hətta icra başçısı onu özünə müavin təyin elədi. Hazırda da o, Başçının müavini və İcra Hakimiyyətində sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyir. İcra başçısının bu müavinə xüsusi qayğısının da özəl səbəbləri var. Bu, mövzumuza dəxli olmadığından hələlik təfərrüatlara toxunmuram. Amma bilməyiniz vacibdir ki, Vidadi İmanquliyev də icra başçısı Vidadi İsayevin «Boss» deyə xitab etdiyi şəxsin himayəsindədir. Həmin «Boss» deyilən şəxsin ən kiçik tapşırığı isə bu iki adam üçün hətta Prezident Administrasiyasından gələn tapşırıqdan da önəmli sayılır».
Müsahibimiz deyir ki, Vidadi İsayev və adıçəkilən müavini son üç il ərzində əslən Bərdəli olan məmurların günlərini qara gətiriblər: «Vəziyyət o həddə çatıb ki, icra başçısının 1-cvi müavini Vahid Qarayevin kurasiyasında olan bir çox müşkil məsələlərin "həlli” də Vidadi İmanquliyevə həvalə olunub. O isə Vidadi İsayevin «Qara kassa»sı rolunu ustalıqla oynayır. Hazırda Bərdədə idarə və müəssisələr büdcədən ayırmalar və gəlirlərə uyğun olaraq, «hesab»a oturdulub. Bu barədə bəzi xəbər portallarında da məlumat yayılıb. Ancaq görünən odur ki, Vidadi İsayev bunlardan nəticə çıxarmayıb. Tam əksinə, aydan-aya qanunsuzluqlarını daha da genişləndirir».
Vidadi İsayevin rayonun vəzifəli məmurlarını «yükləməsi»nə dair hələ iki il əvvəl, daha dəqiqi, Novruz bayramı ərəfəsində icra hakimiyyətində dava düşdüyünü xatırladan müsahibimiz rayondakı hazırkı vəziyyəti belə xarakterizə edib:
«Həmin vaxtı Vidadi Isayev rayon rəhbərliyi ilə keçirilən müşavirədə 4 kəndin alaqapısını təmir etməyi həmin vaxtı rayonun Mədəniyyət və turizm idarəsinin müdiri Soltan Həsənova tapşırıb. Soltan Həsənov icra başçısının bu tapşırığına kəskin etirazla cavab verib. Mübahisə o həddə çatıb ki, icra başçısı idarə müdirindən ərizəsini yazıb, işdən çıxmağı tələb edir. Ancaq Soltan Həsənov ondan abadlıq işləri üçün 200 min manat pul aldıqlarını uca səslə bəyan edərək, geri çəkilməyib. O, bunu həmin ərəfədə mətbuata müsahibəsində də təsdiqləmişdi. Və bu mübahisə zamanı Vidadi İsayevin adaşı olan müavini İmanquliyevin ona kəllə atdığını da etiraf etmişdi.
Ancaq bu hadisədən sonra Soltan Həsənovu vəzifəsi ilə vidalaşmağa məcbur etdilər. Yəni sözüm bundadır ki, həmin vaxtdan idarə müdirlərinin müqaviməti qırıldı. Və onların hamısı Vidadi İsayevin «aylıq hesab» siyahısına əməl etməyə başladılar.
Bu gün Bərdədə elə idarə müdiri var ki, bu haqsız tələb qarşısında nə zamansa həbsxanaya düşəcəyini də açıq şəkildə dilə gətirir. Amma təbii ki, Vidadi İsayev üçün kimin türməyə, kimlərin ailələrinin ağlar günə düşməsinin heç bir əhəmiyyəti yoxdur. Əksinə, Vidadi İsayev və müavini Vidadi İmanquliyev yeni planlar üzərində xəyallar qururlar. Hətta rayonda belə söhbətlər gəzir ki, Vidadi İmanquliyev icra başçısı Vidadi İsayevlə "Boss" dedikləri şəxsin dəstəyi ilə yaxın aylarda ya Oğuz, ya da Samux rayonlarından birinə icra başçısı göndəriləcək».
Yazıda adıçəkilənlərin mövqeyini də dinləməyə hazırıq.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi