Vüsal Hətəmovdan David Kramerə sərt cavab

img

14-12-2014 [15:01]


ABT sədri Vüsal Hətəmov öz feyzbuk səhifəsində ABŞ paytaxtı Vaşinqton şəhərində Amerika Azərbaycanlıları Demokratiya Uğrunda (AZAD) təşkilatının "ABŞ-ın sanksiyaları Azərbaycan dissidentlərinə kömək edə bilərmi?” adı ilə keçirilən tədbirində Freedom House təşkilatının sabiq direktoru David Kramerin "İlham Əliyev hökumətinə bəyanatlar işləmir"-fikrinə münasibət bildirib:


"Bu Qərbə deyəsən ki, həyasız olasan, bu qədər də yox da... Guya, Ermənistan sizi sayır, yoxsa BMT-ni saydı, yoxsa bir milyon qaçqınlarımızın taleyi sizi maraqlandırdı?!

BMT-nin dörd qətnaməsini Ermənistan heç it yerinə qoymadı, indi durub bizə dərs deyirlər. İkincisi də ki, hazırkı iqtidar da, müxalifət də vaxtilə sizin dəstəklədiklərinizdir. Odur ki, artistlik etməyin. İmkan verin müharibədən çıxmış bu xalq birtəhər başını girələsin. Özümüz öz halımıza yanacağıq. Gözünüzə girsin sizin demokratiya institutunuz. Qoluboy-mavi layihələrinizi gedin Hollandiyada yoxlayın. Şərqdə sizə yer yoxdur. Bura kişilər diyarıdır. Sizin institutunuzun bəhrəsini biz İraqda, Əfqanıstanda, Suriyada, Ukraynada, Serbiyada, Fələstində gördük."

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA