Ramil Usubovun azad etdiyi polkovnikə yenidən şans tanındı - Təyinat

img

14-12-2014 [13:46]


Daxili İşlər Nazirliyinin sərəncamında olan Qafar Haqverdiyev Sumqayıt şəhər 13-cü Polis Bölməsi rəisinin əməliyyat işləri üzrə müavini vəzifəsinə təyin olunub. Qafar Haqverdiyev 2 ay əvvəl Abşeron Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin rəisi vəzifəsindən azad olunmuşdu. 

Xatırladaq ki, bu ilin oktyabrında Daxili İşlər naziri general-polkovnik Ramil Usubov idarə və şöbə rəislərinin iştirakı ilə əsas mövzusu ölkə ərazisində cinayətkarlığa qarşı mübarizənin aparılması, mülkiyyət əleyhinə və narkotiklərlə bağlı cinayətlərin açılması, həmçinin təqsirlərdirilən şəxslərin tutulması sahəsində görülən işlərlə bağlı kollegiya iclası keçirmişdi. İclasın nəticəsi olaraq nazir bir sıra əmrə imza ataraq, vəzifəli şəxsləri cəzalandırmışdı. Həmin siyahıda Abşeron Rayon Polis şöbəsinin Cinayət axtarışı bölməsinin rəisi polis polkovnik-leytenantı Qafar Haqverdiyev də var idi. (axar.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA