"Ay rəis, nə istəyirsən elə, amma... - VİDEO

img

14-12-2014 [13:13]


Dövlət yol polisi əməkdaşlarına mahnı, meyxana qoşanlar çox olub. Bu dəfə isə DYP əməkdaşlarına ürək sözlərini rep vasitəsilə çatdırıblar. 

Repdə cavanlıqda avtomobillə min oyundan çıxdığını deyən sürücü DYP əməkdaşından sürücülük vəsiqəsinin yazılmamasını xahiş edir. Bu rep bir növ DYP-dən narazı qalan sürücünün fikirlərini əks etdirir. Narazılıq da ondan yaranıb ki, yol polisi onu cərimələyib…

Sosial şəbəkələrdə yayılan videoda kobud qayda pozan sürücü əks olunub. Zaqatala rayonunda özünün törətdiyi xətaları maşındakı videoreqistrator vasitəsilə qeydə alan sürücü hətta yol polisi əməkdaşına tabesizlik göstərməsini də sosial şəbəkələrdə yayıb. Düzdür, video özü köhnədir. Amma "klipi" sosial şəbəkələrdə bu ilin oktyabr ayında yayıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA