“İRƏLİ” İcra Hakimiyyəti ilə birgə layihə həyata keçirdi - FOTO

img

12-12-2014 [17:59]




Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı "İRƏLİ” İctimai Birliyi, , "İDEA” İctimai Birliyi və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. 
Aksiya 12 dekabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə start verilən "Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində baş tutub. 

Qeyd edək ki, aksiya Nizami rayonunda baş tutub. 

Aksiyanın əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək, ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarət olub.  

"İRƏLİ” İctimai Birliyi ağacəkmə aksiyasında aktiv iştirak edib. "İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, millət vəkili Fuad Muradov, Nizami rayon İcra Hakimiyyətinin Başçısı Tahir Budaqov və gənclər öz növbələrində yaxından iştirak edərək ağaclar əkmişlər. 

Xatırladaq ki, "İRƏLİ” İctimai Birliyi Azərbaycan Respublikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA