Qaradağda Heydər Əliyevin anım mərasimi keçirilib - Fotolar

img

12-12-2014 [17:34]


Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib.


Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Şura üzvləri və rayon ictimaiyyəti iştirak edirdi. 
İlk öncə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov və Şura üzvləri abidə önünə əklil və gül dəstələri qoydular. Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış icmaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzməklə öz dərin ehtiramlarını bildirdilər.








Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA