İcra başçısının yalançı təbliğatını darmadağın edən daha bir fakt - FOTOLAR

img

12-12-2014 [17:28]


«Təmiz Binəqədi» layıəsi ilə öyünən Binəqədi rayonunun gözdən uzaq yerlərində  açınacaqlı vəziyyətin yaşanması ilə bağlı mətbuatda kifayət qədər tənqidi materialların dərc edilməsinə baxmayaraq, problem öz həllini tapmır.

Mia.az Azinform.az-a istinadən xəbər verir ki,  Binəqədi rayonu Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsi  6-cı döngənin bir qrup sakini yaxınlıqda olan fermanın onlara yaratdığı narahatçılıqdan  necə əziyyət çəkdiklərini bildirirlər. Həmin ərazidə olan reportyorumuzla söhbət zamanı sakinlər fermanın axıtdığı üfunətlu suyun onların evlərinə dolduğunu bildiriblər:

«Üfunət iyindən yaşaya bilmirik. Yaxınlıqda yerləşən fermanın kanalizasiyasi bizim sistemə qoşulduğundan peyinli sular heyetlerimizə axıdılır. Dəfələrlə rayon İcra Hakimiyyətinə və yerli bələdiyyəyə müraciət etməyimizə baxmayaraq, heç bir tədbir görülməyib. Hər dəfə gəlib baxırlar və fermanın bağlanacağına söz verirlər, ancaq vədləri yalan çıxır. Xahiş edirik bizim şikayətimizi daha yuxarı instansiyalara çatdırın. Özünüz vəziyyəti görürsünüz peyinli su kanalizasiya «lüklarından» çıxıb küçəni basır, ordan da evlere dolur.  Bir sözlə, temiz şəhər adlandırılan Binəqədi peyinin içində batır».

Sakinlərin bildirdiyinə görə, fermanın yüksək səviyyədə himayədarı olduğu üçün bu problemlə bağlı heç bir əməli tədbir görülmür.

Dəfələrlə Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da , sorğumuza cavab verən tapılmadı. Onların da münasibətini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacayıq…


peyin1peyin


 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA