Ağdamda nüfuz savaşı: - Şöbə müdiri icra başçısına meydan oxudu

img

12-12-2014 [00:12]


Ağdamın icra başçısı Raqub Məmmədovla yola getməyən yerli məmurlardan biri də Elmira Şükürovadır. 

«Azəryolservis» ASC-nin rəhbəri Cavid Qurbanovun yaxın qohumu olaraq tanınan Şükürova işğal altında olan rayonun uzun illərdir təhsil şöbəsinə rəhbərlik edir. Eyni zamanda, onun iddialı biri olduğu da vurğulanır. 

Məlumatlarda deyilir ki, bir neçə dəfə Elmira Şükürovanı işdən çıxarmağa çalışan yeni icra başçısı istəyinə nail ola bilməyib, geri çəkildi. Bundan sonra Ağdam təhsil şöbəsinin müdirinin əl-qolu xeyli açılıb. Ki, bu da onun daha açıq şəkildə danışmasına gətirib çıxarıb. 

Məlumatlarda deyilir ki, xanım Şükürova artıq hər yerdə Ağdamın icra başçısı olacağını və bunun üçün razılaşmanı əldə etdiyini deyir. 

Xəbərdə qeyd olunur ki, təhsil şöbəsinin müdiri Raqub Məmmədovun müvəqqəti olaraq Ağdamın icra başçısı olduğunu vurğulayıb. Hətta onu da deyib ki, Məmmədov bir ildən sonra ya işdən çıxarılacaq, ya da başqa rayona göndəriləcək. Onun yerinə isə xanım Şükürova gətiriləcək. Həmçinin bu zaman icra başçısı olmaq üçün təhsil şöbəsinin müdirinin pul verdiyi və həmin məbləğin də 700 min manat olduğuna dair iddialar da var. 

Qeyd edilir ki, bu danışıqlardan Raqub Məmmədov xəbər tutandan sonra bir neçə dəfə Elmira Şükürovaya xəbərdarlıq edib. Lakin şöbə müdiri icra başçısının sözlərinə əhəmiyyət verməyib. Elə tərəflər arasında narazılıq da bundan sonra daha ağır forma almağa başlayıb. Hazırda Ağdamın icra başçısı şöbə müdirini işdən çıxarmaq üçün daha tutarlı bəhanə axtarır(Jam.az). 

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA