İcra başçısı xəstəxanaya yerləşdirildi

img

11-12-2014 [20:07]


Gəncədə sakinlər tərəfindən xəsarət yetirilən Nizami rayonunun icra başçısı Nizami Hacıyev klinikaya yerləşdirilib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanası baş həkim Azad Quliyev qafqazinfo-ya açıqlamasında bildirib ki, başına daşın dəyməsi nəticəsində xəsarət alan rayonun icra başçısı dünən klinikaya yerləşdirilib.
 
Həkimin sözlərinə görə, icra başçısı qapalı beyin-kəllə travması alıb, tamoqrafiyası çıxarılıb və səhhətində ciddi problem olmadığı məlum olub. Yaralı dünən Gəncə Mərkəzi Klinik Xəstəxanasına köçürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA