İlham Əliyev Fərman verdi - FƏRMAN

img

11-12-2014 [20:01]


Prezident İlham Əliyev bu gün yeni Fərman imzalayıb.

Mia.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Fərman "Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiqi və "Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında”dır.

Fərmanda qeyd edilir: 
 
1. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında qəbul olunmuş "Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi” təsdiq edilsin.
 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 
2.1. üç ay müddətində:
 
2.1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
 
2.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
2.1.3. bu Fərmanla təsdiq olunmuş "Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin 6.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının strukturunu və işçilərinin say həddini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
2.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
 
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
 
4. "Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 837 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 1, maddə 29; 2007, № 5, maddə 451; 2008, № 7, maddə 616; 2010, № 10, maddə 852; 2011, № 1, maddə 16, № 2, maddə 85) ləğv edilsin".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA