“Icra başçısının oğlunun adının hallandırılması şantajdir!” – İcra Hakimiyyəti

img

11-12-2014 [19:46]


Bu gün bəzi xəbər portallarında bu ilin avqust ayında "Atlant” istirahət mərkəzində baş verən insident haqqında video yayılıb. İddia edilib ki, həmin insidentdə iştirak edən şəxslərdən biri guya Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin oğlu olub. 

Bununla bağlı Quba İcra Hakimiyyətindən Mia.az-a daxil olan məlumatda bildirilib ki, həmin videoda icra başçısının oğlunun nə adı, nə də görüntüsü var: "Çox təəssüf ki, bəzi xəbər saytları yenə də faktı təhrif edərək, ümumiyyətlə, heç vaxt orada olmayan şəxsin adını bilərəkdən hallandırmağa başlayıblar. Videoya diqqətlə baxın, orada icra başçısının oğlunu kimsə göstərə bilərmi?! Bu, mümkün də deyil! Axı, orada olmayan adamı necə göstərmək, onun adını qaralamaq, ona böhtan atmaq, bununla da ucuz şouya getmək olar?! 

Təəssüf ki, bəzi saytlar nə qanuna, nə də mənəvi dəyərlərə əhəmiyyət vermədən küçə səviyyəli dedi-qoduya üstünlük verərək, heç bir əsası olmayan şantaj xarakterli böhtan yaymaqda həvəslidirlər. 

Bir daha bildiririk, Mübariz müəllimin oğlu və yaxud digər yaxınlarının belə bir hadisə ilə yaxından və ya uzaqdan hər hansı əlaqəsi olmayıb. Zatən, elə avqust ayında bununla bağlı yayılan xəbərə hüquq-mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi rəsmi münasibət bildirərək, icra başçısı və övladı haqqında deyilən şantaj xarakterli məlumatları təkzib etmişdir. 

Ancaq görünür, ortada olan real faktlar və Daxili İşlər Nazirliyinin bu rəsmi təkzibi də dedi-qodu ilə məşğul olan və Qubanın sürətli inkişafını gözü götürməyənlər üçün ibrət olmayıb…".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA