TQDK-dan valideynlərə müraciət

img

11-12-2014 [17:28]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası valideynlərə müraciət edib.

Komissiyadan virtualaz.org-a verilən məlumata görə, müraciətdə deyilir ki, ümumtəhsil müəssisələrində təhsil alan VIII-XI sinif şagirdlərinin valideynlərindən xahiş olunur ki, övladları haqqında məlumatların "Şagird-məzun” sisteminə daxil edilməsi məqsədilə onları mütləq aşağıdakı bəndlərdən birinə uyğun olaraq şəxsiyyəti təsdiq edən sənədlə təmin etsinlər:

1. Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi və ya milli pasport;

2. Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər üçün Dövlət Miqrasiya Xidməti tərəfindən verilən miqrasiya vəsiqəsi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA