DSMF sədrinin qrafiki açıqlandı

img

11-12-2014 [15:04]


DSMF-nin sədri Elman Mehdiyev Ağcabədidə 6 rayonun məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları üçün qəbul keçirəcək.

DSMF-nin İctimiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, fond sədri Elman Mehdiyev 17 dekabr 2014-cü il tarixdə, saat 11:00-da DSMF-nin Ağcabədi rayon şöbəsinin inzibati binasında Ağcabədi, Tərtər, Goranboy, Bərdə, Beyləqan və Laçın rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin müvafiq telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA