Döyülən icra başçısından xəbər var - həkim nəzarətindədir

img

11-12-2014 [14:08]


Ötən gün Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Cəhdin qarşısı alınarkən Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı və orada olan Gəncənin Nizami rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev və müavini xəsarət alıb, habelə Şəhər Baş Polis İdarəsinə məxsus 2 ədəd xidməti avtomobilin şüşələri sındırılıb.

Gəncə Şəhər İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, xəsarət alan icra başçısı Nizami Hacıyev hazırda xəstəxanadır və həkim nəzarəti altındadır . Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

İcra başçısının müavini isə yüngül xəsarət aldığı üçün ilkin tibbi müayinədən sonra xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, dekabrın 10-da saat 11.30 radələrində Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazisində Nizami rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz tikililərin sökülməsinə etiraz əlaməti olaraq həmin qəsəbədə yaşayan Kəlbəcər rayon sakinlərindən 50-60 nəfəri Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstəriblər.

Faktla əlaqədar Gəncə şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA