11-12-2014 [12:44]
"Qafqazinfo” mövzu ilə əlaqədar xanım sənətçilər arasında sorğu aparıb və onların fikirlərini öyrənib:

Müğənni İradə İbrahimova:"Qadınların şiddətə məruz qalmasını qəbul etməməliyik, bu cür hallar qarşısında susmamalıyıq. Qadınlar dünyanın bir çox yerlərində şiddətə məruz qalır. Şiddət yalnız bədənimizə zərər vermir, düşüncələrimizə də ziyan verir. Şiddət hüquqlarımızı qorumaq haqqımızı da zəiflədir və yox edir. Gələcəyimizin gözəl olması üçün "Şiddətə yox” deməliyik. Qadınların, gənclərin maariflənməsi lazımdır, qızlarımızı oxutmalıyıq. Ətrafımızda şiddətə məruz qalanları görəndə onlara kömək etməliyik. Zorakılıq törədənlərə etirazımızı bildirməliyik. Qadınlar zərif məxluqlardır, onları qorumaq, sevgi göstərmək lazımdır. Gələcəyimizin parlaq olması üçün qadınları xoşbəxt etməliyik. Qadın xoşbəxt olarsa, cəmiyyətə daha faydalı, savadlı övlad bəxş edər. Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizin firavan olması üçün qadınları qoruyaq”.

Müğənni Ayan Babakişiyeva:Nəinki qadına, ümumiyyətlə, heç kim heç kimə zorakılıq göstərməməlidir. "Qadına qarşı şiddətə yox” deyirəm, bu cür aksiyalarda da iştirak etməyə hazıram. Təbii ki, istəməzdim qadınlar şiddətə məruz qalsınlar. Heç vaxt zorakılıq halları ilə qarşılaşmamışam. Təsəvvür belə etmirəm ki, şiddətə məruz qalsam, nə edərəm. Qadın zəif yox, zərif məxluqdur. Qadınlar çox güclü olurlar. Qadınları sevib diqqət mərkəzində saxlamaq lazımdır. Kişilər, qadınlarınıza sahib olmayın, sahib çıxın. Xoşbəxt qadın sağlam cəmiyyət deməkdir. Qadınları hüquqlarını qorumağa, haqlarını tələb etməyə çağırıram. Şiddət qarşısında susmasınlar”.

Müğənni Elnarə Xəlilova:"Heç vaxt fiziki zorakılığa məruz qalmamışam, lakin mənəvi zorakılığa məruz qalmışam. Bəzən etmək istəmədiyim şeyləri düşdüyüm duruma görə etmişəm. Fikri zorakılığa da məruz qalmışam. Məcburən kiminsə haqqında fikirlərimi dəyişmişəm. Qadınların şiddətə məruz qalmasının əleyhinəyəm. Şiddətə fikrim birmənalı pisdir. Allahın yaratdığı insana, heç bir şeyə zorakılıq göstərməməliyik. Bu çox mənfi haldır. Zorakılığa məruz qalsam, özümü müdafiə edərəm, mübarizə apararam. Özümü zəif hiss etmirəm, həyatım boyu mübarizə aparmışam. İndi də kimlərləsə hansısa amal uğrunda mübarizə aparıram. Bizim cəmiyyətdə zorakılığa məruz qalıb polisə şikayət edən qadınlar çox azdır. Hesab edirəm ki, insan hüquqlarını müdafiə etmək üçün polisə müraciət etməlidir. Lakin mən belə bir halla qarşılaşsaydım, polisə müraciət etməzdim. Mənim durumum fərqlidir. Sıradan qadın olsaydım, bu addımı atardım. Elnarə Xəlilova olduğuma görə mediaya çıxmamaq üçün polisə getməzdim, qorxardım.
Zorakılığa məruz qalan qadınlara məsləhətim odur ki, hüquq-müdafiə orqanlarına müracət etsinlər, hüquqlarını qorusunlar. Tanınmış qadınlara isə məsləhət verə bilmərəm, mən də onlardan biriyəm. Kənardan şiddətə məruz qalsam, ilk olaraq həyat yoldaşımla məsləhətləşərəm, o nə desə, onu edərəm”.

Prodüser Təranə Səmədova:""Qadına qarşı şiddətə son” deyirəm. Qadın zərif məxluqdur, onu qorumaq, arxasında durmaq lazımdır. Səmimi etiraf edəcəm, zorakılığa məruz qalmasam da, fiziki təyziqlərə məruz qalmışam, bu insanlardan da canımı sağlam yolla qurtarmışam. Bu gün həyatımdan çox razıyam, həyatımda olan insan qadına əl qaldırmağın əleyhinədir. O düşünür ki, ağıllı, kamil, özünə hörmət edən şəxs qarşısındakı qadına hörmət edir və onun səhvini sözlə başa salır. Qadın başa düşmürsə, deməli, yaxşı qadın deyil və vaxtında ondan ayrılmaq, uzaqlaşmaq lazımdır. Mən də bu fikirləri doğrultmuşam ki, mənə nə əl qaldırılıb, nə də kobud söz deyilib. Münasibətimizdə hər şey qaydasında gedir”.

Rəqqasə Oksana Rəsulova:"Çox aktual mövzudur. Hər zaman qadına qarşı zorakılığın qarşısının alınması ilə bağlı keçirilən sosial tədbirlərdə iştirak etmişəm. Qadın zorakılığını alqışlamıram. Bu yaxınlarda "Qadın zorakılığına stop” aksiyasında iştirak etdim, fotosessiya da oldu. Həmin aksiyaya məni "Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyinin sədri Kəmalə Əliyeva dəvət etmişdi. Orada tanınmış simalar öz devizləri ilə çıxış edirdilər. Mənim də devizim bu idi:
"Kişilər qadına nə qədər əzab verirlərsə, artıq sonda sevgi verəndə o mənasız olur. Bir qadına əl qaldıranda ilk öncə ananı, bacını, qızını fikirləş. Əsl kişi ol, əif məxluq olmaq qadına yaraşar”.
Bir-iki qadının zorakılıqla mübarizə aparması bu məsələni həll etməz. Gərək hər bir qadın zorakılıqla mübarizə aparsın. Qadınların hüquqları var. Səbəbli və ya ya səbəbsiz zorakılıq olmur. İnsan anlaşa bilmirsə, ayrılmalıdır. Qadın güclüdür və sözünü demək haqqı var. Qadınlara dəstək aksiyaları tez-tez keçirilsə, daha yaxşı olar. Qadınlar bu mövzuda bir-birinə dəstək olmalıdır”.

Müğənni Sevinc Ağaşirinova:"Hər qadın anadır, övladdır, bacıdır. Qadınları qorumalıyıq. "Zorakılığa yox” deyirəm. Şiddətə məruz qalmamışam. Bu cür hallarla qarşılaşsam, hüquqlarımı tələb edərəm, özümü qorumağı bacararam. Biz zəif deyilik, yeri gələndə kişilərdən də güclü oluruq. Kişilər bizi zəif sayıb zorakılığa məruz qoymamılıdır. Bir kişi qadınını sevməlidir, ona qayğı göstərməlidir. Bir qadın yalnız şiddətə məruz qalanda zorakılıqla mübarizə aparmamalıdır. Hər birimiz zorakılıqla mübarizə aparmalıyıq, etirazımızı bildirməliyik. Təyziq olan yerdə sevgi bitir. Kişilərimizi qadınları sevməyə, onlara sahib çıxmağa səslənirəm. Çünki biz övladıq, anayıq, bacıyıq”.

Rəqqasə Fatimə Fətəliyeva:"Bu mənim ən zəif yerimdir. Qadın zorakılığına qarşı susmaq lazım deyil. Azərbaycan qadınları dünyanın ən güclü qadınlarıdır. Mənə qarşı zorakılıq olunsa, bunu qəbul etmərəm. Mən ağıllı və güclü qadınam. Hər zaman cəmiyyətdə öz yerimi bilib, hüququmu tələb etmişəm. Bütün xanımlara da tövsiyə edirəm ki, zorakılıq qarşısında susmasınlar”.

Bəstəkar-şairə Günel Sərdarqızı:"Ümumiyyətlə həmişə demişəm ki, beynin olmadığı yerdə yumruqlar danışır. Çox şükür ki, zorakılığa məruz qalmamışam. Belə halla qarşılaşsam, qarşımdakı insan məndən daha çox zərbə alar. Sakit qarşılaya bilmərəm. Məntiqin olmadığı yerdə özümü məntiqli apara bilmərəm. Qadınlar zərif məxluqdur. Kişilərə doğuşdan güc veribsə, o zorakılıq törətməkdənsə, zəifləri qorumalıdır, gücündən bu cür istifadə etməlidir. Zorakılığa məruz qalan qadınlar hüquq-müdafiə orqanlarını unudub. Düşünürlər ki, bu mənim həyat yoldaşımdır. Xeyr, elə deyil. Həyat yoldaşın sənə əl qaldırırsa, o artıq cəmiyyətə yararsız məxluqdur və gələcəkdə qonşuyada, yolda gedən birisinə də əl qaldıra bilər. Zorakılığa məruz qaldınızsa, gedin polis idarəsinə, deyin filan kəs mənə əl qaldırdı. Əgər bu adam həyat yoldaşıdırsa, həyat yoldaşı olduğunu göstərməlidir. Bu insan sizi vurursa, deməli, artıq həyat yoldaşı deyil. Həyat yoldaşı olmayan insanları niyə şikayət etmirsiniz? Bizimkilər qorxur, amma bilin ki, o insanları tərbiyə eləməliyik. Qadınlar səslərini içlərinə salıb ağlamaqla məşğul olmamlıdır. Fərqi yoxdur bu adam sənin atandır, qardaşındır, ərindir. Bu insanları cəmiyyətə yararsız susaraq edirik. Susmayaq, haqqımızı tələb edək”.
Könül
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi