«Azəriqaz»ın qəzaya düşən işçiləri ilə bağlı müəmmalı istintaq

img

11-12-2014 [12:13]


Mia.az-a Bakının Azadlıq prospekti 161 «a» müvəqqəti məskunlaşmış Zəngilanlı məcburi köçkün, «Azəriqaz»ın işçisi Namaz Oruc oğlu Nəcəfov tərəfindən prezident İlham Əliyevə ünvanlanmış şikayət məktubu daxil olub.

Şikayətçi yazır ki, bu ilin may ayının 29-da gecə saat 2-3 radələrində sürücü işlədiyi «Azəriqaz»ın Nəsimi rayonu, Qaz İstismarı İdarəsinin qəza xidmətində gecə növbəsində olub: «Həmin saatda qəza yerindən dönərkən idarə etdiyim avtomobil Vaqif prospekti ilə Mirəli Qaşqay küçələrinin kəsişməsində qırmızı işıqda yolu sürətlə keçən Məmmədov Əmirəli Nizami oğlu tərəfindən vuruldu. İelə ki, onun idarə etdiyi 10 OP 119 dövlət nömrə nişanlı «Kia Optima» markalı maşın idarə etdiyim maşını vuraraq, 10-12 metr kənara atdı. Qəza zamanı mən və maşında olan novbətçi çilingər ağır bədən xəsarəti aldıq. Bütün bunlar istintaqın ilk vaxtlarında qeydə alınsa da, sonradan bu istintaqın sonuncu olaraq qurulan məhkəmədə baş verənlər bizi heyrətləndirdi».

Namaz Nəcəfov yazır ki, baş verən hadisə ilə bağlı bu günlərdə keçirilən məhkəmədə şoka düşüblər: «Məhkəmədə nə bizim vurulmağımız, nə xəsarət almağımız haqda bir kəlmə nə söz, nə də sənəd var. Üstəlik, məhkəmə yolda olan kamera görüntülərini də ciddiyə almır. İstintaqda qeyd edilib ki, guya cavabdeh şəxslə biz 50-60 km sürətlə toqquşmuşuq. Mən, bununla bağlı öz tərəfimdən məhkəmə sədrinə öz etirazımı bildirdim. Lakin görünən budur ki, bu işi qeyd etdiyim şəkildə qapatmaq niyyətindədirlər».

Şikayətçi onu da yazır ki, ədalətin bərqərar olması ücün sonadək mübarizə aparacaq və hətta Məmmədov Əmirəli Nizamı oğluna qarşı mülki iddia da qaldıracaq: «Xahiş edirəm, bu məsələni şəxsi nəzarətinizə götürüb, ədalətin təmin edilməsinə göstəriş verəsiniz!».

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA