Daxili İşlər Naziriyinin binasının yaxınlığında intihar anonsu - Yenilənib

img

10-12-2014 [18:25]


Bakının Səbail rayonunda iki nəfər hamını ayağa qaldırıb. 

ANS PRESS-in hadisə yerində olan müxbiri Ruslan Eldaroğlunun verdiyi məlumatına görə, hadisə Azərbaycan küçəsində, Daxili İşlər Naziriyinin binasına yaxın ərazidə qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyətləri məlum olmayan iki nəfər tikilən hündürmərtəbəli binaya çıxıblar. Onlar tikilməkdə olan 16 mərtəbəli binadan özlərini atmaq istədiklərini bildiriblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili yardım həkimləri və xilasedicilər cəlb olunub.

Hazırda həmin şəxslərin xilas edilməsi istiqamətində işlər aparılır.

***
Bakıda bir neçə nəfər yarımtikili binanın damına çıxaraq intihar etmək istəyir.

ANS PRESS-in hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisə Azərbaycan prospekti 1-də tikintisi başa çatmayan 15 mərtəbəli binada baş verir.

Daxili İşlər Nazirliyinin yanında yerləşən binanın damına çıxan 5-6 nəfər şəxs intihar edəcəyini bildirir. 

Məlum olub ki, intihar etmək istəyənlər həmin binada çalışan fəhlələrdir.Onlar əmək haqlarını ala bilmədiyindən intihar etmək istəyirlər.

Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. FHN əməkdaşları intihara cəhd edəcəyini deyən şəxslərlə danışıqlar aparır.

***
Bakıda intihara cəhd edən şəxslər xilas edilib.

Bunu ANS PRESS-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Musayev bildirib.

Onun sözlərinə görə, binanın inşasını həyata keçirən şirkətin rəhbərliyi fəhlələrə əmək haqlarını ödəyib. Bununla da intihara cəhd etmək istəyən şəxslər bu fikirlərindən daşınıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA