8 sinif uşağı direktordan DİN-ə şikayət etdi, Atamoğlan Məmmədov danışdı - Olay

img

10-12-2014 [13:24]


İmişli rayonunun Çaxırlı kəndində qəribə olay yaşanıb. Belə ki, iki gün əvvəl 8-ci sinif şagirdi Sübhan Nurulu direktor Atamoğlan Məmmədov tərəfindən döyülərək, məktəbdən qovulması ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət edib. 

Bu barədə Mia.az-a verilən məlumata görə, DİN-nin "Qaynar xəttinə edilən zəngdən sonra rayon polis əməkdaşları məktəbə göndəriliblər: "Orada isə məktəb rəhbərliyi şagirdi direktorun vurmadığını iddia edib. Polislə söhbətdə bildirilib ki, şagirdi direktorun müavini Vəli Əliyev, sadəcə, tənbeh edib. Yəni şagird nə vurulub, nə də döyülmə hadisəsi olub. Ancaq şagird şikayətinin üzərində həmin günü dayanıb və israrla direktorun onu vurduğunu deyib". 

Məlumatda o da bildirilir ki, məktəb rəhbərliyi həmin şagirdin ağsaqqallarına minnətçi də düşərək, şikayəti əsassız çıxarmağa çalışıblar. 

Məsələ ilə bağlı rayon təhsil şöbəsinin müdiri Ramiz Əmirovdan münasibət öyrənmək istəsək də, o, dəfələrlə etdiyimiz zəngləri cavabsız buraxdı. Hətta şöbə müdirinin telefonuna mesaj yazıb, kim olduğumuzu və məqsədimizin nədən ibarət olduğunu bildirsək də, xeyri olmadı… 

Məktəbin direktoru Atamoğlan Məmmədov isə barəsində deyilənləri təkzib etdi: "Mən həmin günü rayonda olmuşam. Yəni heç məktəb də olmamışam. Həmin şagirdə gəldikdə isə, əmin edirəm, o, məktəbdə döyülməyib. Bəli, müavinim uşağın özünü məktəbdə nümunəvi apara bilməməsinə görə ondan valideynlərini çağırmağı tələb edib. Uşaq da bundan əsəbləşib, DİN-ə zəng edib. Gəlib, araşdırdılar. Uşaq da uzahat yazdı ki, əsəbləşib və buna görə belə addım atıb. Yəni o, nə döyülüb, nə də məktəbdən qovulub".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA