Bakıda səfir qarət olundu

img

10-12-2014 [13:13]


Bakıda Küveytin Azərbaycandakı səfiri qarət olunub. 

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan Beynəlxalq Bankının Bank Fəaliyyətinin Təhlükəsizliyini təmin edən əməkdaşı Nəsimi rayon Polis İdarəsinə müraciət edib.

Müraciətində qeyd edib bildirib ki, cari il iyun ayının 1-dən avqust ayının 18-dək olan müddətdə Küveytin Azərbaycandakı səfirinin bank kartından 22484 ABŞ dollarının silinməsini bildirib.

Şikayət daxil olan kimi Nəsimi rayon Polis İdarəsi əməkdaşları əməliyyat keçirib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində pulun Küveyt səfirliyinin ictimai əlaqələr üzrə mütəxəsisi tərəfindən internet vasitəsi ilə oğurlanması müəyyən edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA