Abdin Fərzəliyev Həştərxanda Heydər Əliyevin anım günü ilə bağlı tədbirdə! - FOTOLAR

img

09-12-2014 [21:24]


Bu gün Rusiya Federasiyasının Həştərxan şəhərində Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar mərasim keçirilib.


Mia.az-a verilən məlumata görə, mərasimdən öncə tədbir iştirakçıları, o cümlədən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev, Həştərxan vilayəti və şəhərinin rəsmi nümayəndələri, diaspor təmsilçiləri, iş adamları, ictimaiyyətin nümayəndələri, azərbaycanlı tələbələr  və şəhər sakinləri  tərəfindən Həştərxan şəhərindəki Heydər Əliyev parkında ucaldılmış Ulu Öndərin abidəsi önünə əklillər qoyulub.


Anım mərasimi Həştərxan şəhərinin Bakı küçəsində yerləşən Heydər Əliyev adına 11 nömrəli ümumtəhsil məktəbində keçirilib. 

Mərasimin əvvəlində tədbir iştirakçıları Ulu öndərin parlaq xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Giriş sözü ilə çıxış edən Bakı şəhərinin Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyət yolu haqqında ətraflı məlumat vermiş, onun təməlini qoyduğu və həyata keçirdiyi nəhəng layihələrdən danışıb. 

Mərasimin sonunda ənənəvi olaraq Heydər Əliyev Fondu adından sözügedən məktəbin fərqlənmiş 12 şagird və 5 müəlliminə təqaüd və hədiyyələr təqdim olunub.







Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA