İcra başçısı qubernatorla görüşdü - FOTO

img

09-12-2014 [21:20]


Həştərxan vilayəti və Bakı şəhərinin Nərimanov rayonu rəhbərlərinin görüşü 

Bu gün Rusiya Federasiyasının Həştərxan şəhərində işgüzar səfər çərçivəsində Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə görüşüb.

Nərimanov Rayon İcra Hakimiyətindən Mia.az-a daxil olan məlumata görə, görüş zamanı iki ölkə arasında olan mövcud dostluq münasibətlərindən, sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsindən və dövlətimiz tərəfindən Həştərxan şəhərində reallaşdırılmış layihələrdən söz açılıb. Bildirilib ki, indiyədək vilayətdə görülən genişmiqyaslı işlər Azərbaycan-Rusiya münasibətlərinin inkişafına yüksək töhfədir: 

"Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Həştərxan vilayətinə göstərdiyi böyük diqqət və qayğı, Heydər Əliyev Fondu tərəfindən görülmüş işlər xüsusilə vurğulanmış, eyni zamanda Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda gələcəkdə də bu cür böyük layihələrin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb". 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA