Müdafiə Nazirliyi hərbi attaşeləri topladı - FOTOLAR

img

09-12-2014 [21:12]


Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri ilə ilin yekunlarına dair toplantı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov toplantını açaraq "Müdafiə islahatları" mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında milli təhlükəsizlik siyasətinin həyata keçirilməsi ilə bağlı fikir və mülahizələrini bildirib.

Görüşdə "Uzadılmış münaqişə və regional təhlükəsizlik" mövzusunda məruzə ilə çıxış edən polkovnik-leytenant Murad Zeynalov regionda təhlükəsiz mühitin formalaşdırılmasını təhdid edən amilləri və münaqişənin həlli yollarını qonaqların diqqətinə çatdırıb.

Toplantının sonunda hərbi attaşeləri maraqlandıran suallara aydınlıq gətirilib.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA