09-12-2014 [17:23]
İstənilən millətin inkişafını elm və təhsildən kənar təsəvvür etmək mümkün deyil. Şüurlu insanın təşəkkülündən ötən uzun zaman kəsimində cəmiyyətlərin inkişafı tədricən yüksələn, miqyası və istiqamətləri genişlənən təhsillə birbaşa bağlı olub. Müasir dünya düzəninin də əsasında elmin, təhsilin dayandığını sübut etməyə ehtiyac yoxdur. Dünyada mövcud olan təqribən iki min xalqın yalnız onda birinin müstəqil dövlətə malik olması da da böyük mənada təhsilin qazandırdığı misilsiz üstünlükdür. Elmi potensialı zəif olan dövlətlərin qlobal rəqabətdə önə çıxmaları imkan xaricindədir.
Dünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycanda ictimai-siyasi formasiyaların ibtidaidən aliyə dəyişim mərhələlərində əcdadlarımız dövrün dünyagörüşünə əsaslanan elmlərə biganə qalmayıblar. Məhz bu amil Azərbaycanın mövcud olduğu coğrafiyada qədim sivilizasiyanın mərkəzlərinə çevrilmiş çox sayda dövlətin yaranmasına, qüdrətlənməsinə təkan verib. Erkən orta və orta əsrlərdə elmin inkişafı Azərbaycanda dövrün müasir tələblərinə cavab verən dini-dünyəvi istiqamətli iibtidai və ali məktəblər fəaliyyət göstərib. Təbii ki, Azərbaycanın görkəmli alimlərinin yetişməsində bu bazanın böyük rolu olub.
Azərbaycan xalqının elmə, inkişafa canatmasının qarşısını hətta torpaqlarımızı işğal etmiş müstəmləkə rejimləri də dayandıra bilməyib. Doğrudur, müasir elmi inkişafın qarşısına sədd çəkməyə çalışan reaksion qüvvələr Azərbaycanda da olub və onların millətin savadlanmasını əngəlləmək cəhdləri mənfi nəticələrsiz ötüşməyib. Bununla belə, millətin ruhundakı mütərəqqi meyllilik bu müqaviməti qırmağı bacarıb.
Yuxarıda dövlətlərin qurulmasında və qüdrətlənməsində elmi potensialın rolunu qeyd etdik. Amma elə şərait də yaranır ki, elmin yolunun açılmasına, sistemli təhsilin təşəkkül tapmasına, təhsil müəssisələrinin açılmasına dövlət böyük dəstək.verir. Elmin inkişafı və elmi potensialın formalaşması ilk növbədə bu tələbatı ödəmək qabiliyyətində olan təhsil müəssisələrinin mövcudluğundan keçir.
Bu mənada, bir əsrlik Rusiya əsarətindən sonra min bir əziyyətlə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) düşdüyü çox mürəkkəb hərbi-siyasi şəraitdə də belə mühüm amili diqqətdən kənarda buraxmır. Dövlətin sabitliyinin müəyyən qədər təmin olunmasından sonra AXC parlamentinin 1919-ci il sentyabrın 1-də Bakı Universitetinin yaradılması haqqında qərarı işıqlı ziyalılarımızdan ibarət Cümhuriyyət banilərinin bu həyati əhəmiyyətli sahəyə böyük diqqətlərinin göstəricidir.
Azərbaycanın müasir tipli ilk ali təhsil ocağı olan Bakı Dövlət Universiteti (BDU) mövcud olduğu 95 il ərzində böyük inkişaf yolu keçib. Dövlətin çətin vəziyyətində əsası qoyulan, ilkin olaraq cəmi iki fakültə (tarix-filologiya və tibbi) və təqribən min tələbənin qəbulu ilə fəaliyyətə başlayan BDU hazırda da ölkəmizin aparıcı təhsil ocağı adını şərəflə daşımaqdadır. Azərbaycanın sovetləşdiyi dövrdən və 1991-ci ildə müstəqilliyin bərpasından ötən müddətdə ölkədə çox sayda dövlət və özəl statuslu onlarla institut-universitet yaradılsa da, BDU öz potensialı və nüfuzu ilə hər zaman öndə olub.
Son doxsan ildə ölkəmizin elmi ictimaiyyətinin ən nüfuzlu simalarının məhz BDU-nun məzunları olması bu təhsil müəssisəsinin nüfuzunu göstərməklə yanaşı, həm də necə geniş maddi-texniki bazaya malik olmasının, tədrisin tələblərə uyğun yüksək səviyyədə aparılmasının bariz təsdiqidir. BDU Azərbaycan, sovet və bütövlükdə dünya elminə Yusif Məmmədəliyev, Lev Landau, Azad Mirzəcanzadə, Xudu Məmmədov, Şəfayət Mehdiyev və başqa onlarla dünya səviyyəli alim bəxş edib. Bu alimlərin arasında L.Landau nüfuzlu Nobel mükafatına layiq görülməklə, təhsil aldığı BDU-nun adını dünya miqyasında tanıdıb.
Müstəqilliyin bərpasından sonra Azərbaycan dövlətinin xüsusi diqqəti sayəsində BDU-da dünya müasir təhsil sisteminə keçid istiqamətində ciddi işlər görülüb.Bir qədər əvvəl qeyd etmişdik ki, BDU 1919-cu ildə cəmi iki fakültə və 44 əməkdaşla fəaliyyətə başlayıb. Hazırda Universitetdə 17 fakültə, 127 kafedra, 2 Elmi-Tədqiqat İnstitutu, 3 Elmi-Tədqiqat Mərkəzi, 1 Elmi-Tədqiqat Hissəsi və 24 Elmi Tədqiqat Laboratoriyalarında 3041 nəfər əməkdaş çalışır, iki pillədə təhsil alan tələbələrinin sayı isə 18 mini keçib. Aydın məsələdir ki, bu ürəkaçan statistikanın arxasında məqsədyönlü və ardıcıl fəaliyyət dayanır.
BDU-nun Azərbaycan təhsilinin ocağı hesab olunması özünü daha bir maraqlı nüansda göstərir. Ölkəyə gələn müxtəlif ölkələrin dövlə və hökumət başçıları, dünya miqyasında tanınmış simalar Azərbaycana rəsmi səfərləri çərçivəsində BDU-nu mütləq ziyarət edirlər. BDU-nu ziyarət zamanı onlarla nüfuzlu siyasətçi və ictimai xadimə Universitetin Fəxri doktoru adı təqdim olunub. Həmin şəxslərin sırasında mərhum prezident Heydər Əliyev, prezident İlham Əliyev, Türkiyənin mərhum prezidenti Turqut Özal, Latviya prezidenti Vaira Vike Freyberqa, Gürcüstanın mərhum prezidenti Eduard Şevardnadze, Litvanın keçmiş prezidenti Valdas Adamkus, hər kəsin tanıdığı Zbiqnev Bjezinski və daha kimlər...
Dünya universitetlərinin reytinq cədvəlinə daxil edilmiş Azərbaycandan yeganə ali təhsil müəssisəsi olan BDU beynəlxalq əlaqələrinin gücləndirilməsinə böyük əhəmiyyət verir. Bu istiqamətdə həyata keçirilən fəaliyyətin nəticəsı olaraq, BDU dünyanın müxtəlif ölkələrini təmsil edən 50-dən çox nüfuzlu universitetlə ikitərəfli qaydada sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində elmi-texniki yeniliklərlə bağlı təcrübə paylaşımı, tələbə mübadiləsi həyata keçirilir və işbirliyinin genişləndirilməsi imkanları hər zaman nəzərdən keçirilir.
Fəaliyyətinin artıq 95-ci ilini geridə buraxan BDU-nun öz mövcud potensialı ilə Azərbaycan elminin inkişafına yeni-yeni töhfələr verməklə ölkəmizin avanqard universiteti statusunu uzun müddət özündə saxlayacağı şübhə doğurmur.
Seymur Verdizadə
BDU-nun keçirdiyi müsabiqəyə təqdim olunur
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi