09-12-2014 [17:20]
MİA Virtualaz.org saytına istinadən xəbər verir ki, bu barədə "Rosbalt” agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, FSİN-in Mərkəzi aparatının əməkdaşları "Matrosskaya tişina”da yoxlama aparırlar və qanlı "razborka”nın iştirakçılarını dindirirlər.
Araşdırma zamanı müəyyən olunub ki, bu "razborka”da ən çox xəsarət alan onlarla adam öldürən, "Çolaq Nazim” ləqəbli killer Nazim Hümbətov və "Zayka” ləqəbli avtoritet Zaur Hümbətovdur. Lakin onların hər ikisi FSİN əməkdaşlarına "kamerada sürüşüb yıxıldıqları üçün xəsarət aldıqlarını” deyiblər. Bildirilir ki, "Matrosskaya tişina”da baş verənlərlə bağlı "vor zakon”lar da "sxodka” keçiriblər və məsələni müzakirə ediblər.
Xəbər verildiyi kimi, ötən həfə Nazim Hümbətovun başçılıq etdiyi qrup "Zayka”nın kamerasına basqın edərək onu bir neçə saat ərzində döyüblər, işgəncə veriblər. "Zayka”ya işgəncə verilməsi səhnəsi "Skype” ilə Bakıya, "Lotu Quli” ləqəbli avtoritet Nadir Səlifovun 8-ci kalondakı kamerasına birbaşa translyasiya olunub.
Belə ki, Zaur Əliyevin döyülməsini əmr edən məhz "Lotu Quli”dir. Səbəb səkkiz il əvvəl "Zayka”nın "Lotu Quli”ni təhqir etməsidir. Oğru qanunlarına görə "vor” titulu daşımayanların "kriminal generalı” təhqir etməsi bağışlanılmaz səhvdir.
Lakin "Zayka”nın qruplaşması da bunu cavabsız qoymayıb. Dekabrın 2-də "Matrosskaya tişina”nın "smotryayuşşisi” olan "vor zakon” Nukri Doçiya tərəfdarları ilə birlikdə "Zayka”nı döyənlərdən qisas alıb. Nəticədə "Çolaq Nazim” və daha səkkiz adamı ağır xəsarətlərlə lazaretə düşüblər.
FSİN-dəki mənbə isə bildirib: "İlkin məlumatlara görə, Zaur Əliyev Nazim Hümbətovla və daha beş adamla birlikdə eyni kameraya salınıb. Orada Əliyevlə və Hümbətov arasında dava olub, tərəflər bir-birinə xəsarətlər yetiriblər”.
"Rosbalt” qeyd edir ki, istənilən halda bu insidentin rəsmi davamı olmayacaq. Məlumata görə, döyülməkdən sifətində sağ yer qalmayan Zaur Əliyev ərizəsində yazıb ki, bu xəsarətləri kamerada sürüşüb yıxılanda alıb və Nazim Hümbətovdan heç bir şikayəti yoxdur. Hümbətov da xəsarətlərinin "yıxılma nəticəsində” yarandığını ərizəsində göstərib, ancaq o, Əliyevdən fərqli olaraq ərizəsində qarşı tərəfdən şikayətçi olmadığını dəqiqləşdirməyib. Bu, həbsxanalarda adi praktikadır. Bir məhbusun başqa məhbusdan şikayət verməsi kriminal aləmdə qəbul edilmiş qaydalara ziddir.
Bununla belə FSİN "Zayka”nın təhlükəsizliyinin qeydinə qalıb. Dekabrın 5-də o, "Matrosskaya tişina”nın xüsusi blokuna yerləşdirilib. Həmin blokda səs-küylü cinayətlər törədənlər saxlanılır.
O da məlum olub ki, bu hadisədən sonra "Zayka”nın yaxın dostu, "Kamo Qorkovskiy” ləqəbli vor zakon Kamo Səfəryan Moskvada beş "vor zakon”un iştirakı ilə "sxodka” keçirib. Görüşdə "Lotu Quli”nin təcridxanada təşkil etdiyi "bespredel”dən söhbət gedib. İştirakçılar bu məsələni "kriminal generalların” daha geniş çevrəsinin iştirakı ilə müzakirəyə çıxarmağı və "Lotu Quli”nin "vor” statusunun əlindən alınması məsələsinə baxılmasını qərara alıblar.
Qeyd etmək lazımdır ki, "Lotu Quli”nin "vor” statusu 9 il əvvəl buna bənzər şəraitdə alınmışdı. Onda Azərbaycan həbsxanalarından birində "Lotu Quli”nin qardaşına hücum edilmişdi və kriminal avtoritet ölkənin bütün kalonlarında bunt qaldırmışdı. Nəticədə "vor zakon”lar hesab ediblər ki, Səlifov düz etməyib və bunt qaldırmaqla həbsxanalarda saxlanma şəraitinin sərtləşdirilməsinə səbəb olub, bu da "oğru qanunlarına” ziddir.
"Lotu Quli” isə "vor” statusunu bir neçə il sonra "Ded Xasan” ləqəbli məşhur kriminal avtoritet Aslan Usoyanın dəstəyi ilə geri qaytarıb.
"Rosbalt” qeyd edir ki, "Zayka” və "Lotu Quli” Rusiyada fəaliyyət göstərən iki güclü azərbaycanlı kriminal qruplaşmasının liderlədiri. Onların arasında on ilə yaxındır müharibə gedir.
8 il əvvəl "Zayka” ilə "Lotu Quli” arasında telefon danışığı zamanı Əliyev opponentini təhqir edib. İndi Səlifovun ətrafında hesab edirlər ki, "Zayka” bu söyüşə görə cavab verməlidir. "Zayka”nın adamları isə deyir ki, Əliyev həmin söyüşü söyəndə "Lotu Quli”nin "vor” statusu əlindən alınmışdı.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi