Mərkəzi Kəşfiyyat İdarəsinin əsirlərə işgəncə videosu yayıldı - ABŞ qarışdı (Video 18+)

img

09-12-2014 [15:30]


ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatı MKİ-nin  müsəlman məhbuslara  işgəncə  verməsi ilə  bağlı Senatın  məruzəsi  əsl qalmaqala səbəb olub.

Avropa.info xəbər verir ki, Ağ Evin rəsmi açıqlamasında  bu  məruzədən sonra, dünyanın dörd bir tərəfində  ABŞ səfirliklərinin  və  obyektlərinin  risq altında olduğu bildirilir.
 
Qeyd edək ki, Senatın  480  səhifəlik  hesabatının bu gün açıqlanacağı gözlənilir. 
Hesabatda, MKİ-nin 11 Sentyabr hücumlarından sonra  terrorda "şübhəli" bilinən şəxslərə verilən işgəncə faktları yer alıb.
 
Bu arada  məşhur haker qruplarından biri  MKİ  agentlərinin birinin kompüterindən  əsirlərə verilən işgəncə görüntülərini  əldə  edərək yayıb.
 
Hakerlər  tərəfindən ələ keçirilən görüntülərdən birində üzü və gözləri qapalı bir əsirin boğazına plastik qandal keçirilərək boğulma işgəncəsi verilir.

Taliban üzvü olmaqla günahlandıran məhkum nəfəs almır və əzab çəkərək qışqırmağa başlayır.
Digər obrazlarda isə ərəb bir əsir  waterboarding işgəncəsinə məruz qalır. İşgəncə verilən şəxs  tez-tez  öz özünə "səbr et" deyir.

Qeyd edək ki, ABŞ-ın  keçmiş  vitse-prezidenti  Dik Çeyni də əsirlərə tətbiq edilən Waterboarding işgəncənin çox faydalı olduğunu və bu üsulla bir çox məlumat aldıqlarını açıqlayaraq işgəncənin ABŞ-ın  rəsmi siyasəti olduğunu etiraf etmişdi.

http://www.dailymotion.com/video/x2c52uz_cia-den-tutuklulara-akil-almaz-uygulama_news

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA