Xədicə İsmayıldan telefon zəngi

img

09-12-2014 [12:54]


Hazırda həbsdə olan araşdırmaçı jurnalist, "Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl türmədən həmkarlarına zəng edib. 

Bu barədə radionun "İşdən sonra” verilişinin aparıcısı, jurnalist Kamran Mahmudov facebook səhifəsində yazıb. Status aşağıdakı kimidir: "Xədicə zəng vurmuşdu. Dedi ki: "Mən möhkəməm, siz də möhkəm olun. Gözləyirdim ki, hökümətin əsəblərinin çat verən vaxtı olacaq. Bu baş verdi və mən həbs olundum. Mənə qarşı irəli sürülən ittihamlar uydurmadır. Çirkli və qara piar ucun nəzərdə tutulmuş ittiham irəli sürülüb. Ancaq bütün bunlara baxmayaraq mən möhkəməm. Bilirəm ki, sizə də asan deyil. Amma ruhdan düşməyin. İşinizi davam etdirin. Hər kəsin öz işini davam etdirməsi çox vacibdir. Həmkarlarımdan yeni-yeni araşdırmalar, hüquq müdafiəçilərindən yeni-yeni təşəbbüslər gözləyirik. İş davam etməlidir.”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA