Daha bir polis-sürücü davası: "Təpəndən qoyacağam..." - Video

img

09-12-2014 [12:23]


Bakının, Nizami rayonu ərazisində - Babək prospektində yol polisi əməkdaşları ilə bir sürücü arasında insident yaşanıb.

Mia.az AzNews.az-a istinadən xəbər verir ki, insident 10 YP 537 dövlət nömrə nişanlı avtomobillə xidmət edən yol polisi əməkdaşlarının 47 BS 634 dövlət nömrə nişanlı minik avtomobilini saxlamasından sonra baş verib. Belə ki, yol polisinin "saxla” əmrinə tabe olmayan sürücü, şəhərdə xeyli təqib edildikdən sonra Babək prospektində səkiyə sıxışdırılaraq saxlanılıb. Bundan sonra isə sürücü avtomobilin qapılarını bağlayaraq, nə yerə düşüb, nə də sənədlərini təqdim edib. Uzun mübahisələr, sürücü ilə danışıqlar fayda verməyib. Nəticədə ətrafdakılar da hadisə yerinə toplaşıb, yol, demək olar ki, bağlanıb.Sürücünün bu davranışında təngə gələn polislər onu hədələməyə, təhqir etməyə başlayıblar. Lakin bu da nəticə verməyib.

Sonradan avtomobilin qapıları "atvyorka” ilə açılıb və sürücü polis bölməsinə aparılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA