09-12-2014 [11:16]
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə bu ölkədə keçirilən Azərbaycan Mədəniyyət Günləri çərçivəsində növbəti tədbir dekabrın 8-də Drezdendə təşkil olunub.
Mia.az AzərTac-a istinadən xəbər verir ki, Drezdenin məşhur "Albertinum” muzeyində keçirilən tədbirin iştirakçıları Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərini dinləyiblər.
Tədbiri açan səfir Pərviz Şahbazov mədəniyyət axşamının Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirildiyini vurğulayıb. Diplomat ölkəmizin inkişafı, Azərbaycan-Almaniya münasibətlərinin tarixi kökləri və hazırki vəziyyəti haqda tədbir iştirakçılarına məlumat verib. Səfir özündə Qərb ilə Şərq mədəniyyətlərini birləşdirən Azərbaycanın zəngin mədəni irsi, dünya musiqisinə verdiyi töhfələr, ölkəmizdə klassik və müasir musiqinin inkişafından, qazanılan nailiyyətlərdən danışıb. O, həmçinin xalqımızın musiqi beşiyi olan Qarabağın və ətraf rayonların Ermənistanın işğalı altında olması barədə məlumat verib.
Tədbirin aparıcısı Azərbaycanda mövcud olan alman irsi, eləcə də respublikamızın birinci xanımı Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə mədəni irsin qorunub saxlanması, mədəniyyət münasibətlərinin təşviq olunması və gənclərin təhsil almaq imkanlarının yaxşılaşdırılması üçün həyata keçirdiyi işlər barədə məlumat verib. Aparıcı məşhur bəstəkar Qara Qarayevin adını daşıyan Azərbaycan Dövlət kamera orkestrinin də fəaliyyətindən geniş söhbət açıb.
Tədbir iştirakçılarına, həmçinin Heydər Əliyev Fondunun yeni nəşri olan, Berlin Humboldt Universitetində "Azərbaycan tarixi” kafedrasının müdiri, professor Eva Maria Auxun yaxından iştirakı ilə hazırlanan "Azərbaycanda alman irsi” kitabı təqdim edilib. Eyni zamanda, "Azərbaycanda alman izləri” adlı fotosərgi və "Almaniya bir rəssamın gözü ilə” mövzusunda keçirilən rəsm müsabiqəsi qaliblərinin əsərlərindən ibarət sərgi nümayiş etdirilib.
Tədbirdə Drezden Şəhər Bələdiyyəsinin üzvləri, Saksoniya torpağı parlamentinin deputatları, Drezden Filarmoniyasının direktoru Anselm Roze, Drezden Muzeylər Birliyinin direktoru Qizbert Porstman, şəhərin Sənaye və Ticarət Palatasının idarə heyətinin üzvü Helmut Qolts, Drezden Rəssamlıq Akademiyasının rektoru Matias Flüqe, Drezden Dövlət Muzeyinin direktoru Erika Eşebax, Drezden Operasının direktorluğunun üzvü Solvayq Ekert, Almaniyada akkreditə olunmuş diplomatik korpusun və KİV-lərin nümayəndələri, habelə Saksoniya torpağının müsəlman, pravoslav və yəhudi dini icmalarının rəhbərləri iştirak ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi