Nazir oğlundan sərt addım, Taleh Heydərov baş məşqçini qovdu

img

09-12-2014 [10:56]


"Qəbələ" klubunun baş məşqçisi Dorinel Muntyanu istefaya göndərilib.

Mia.az Sportnet.az-a istinadən xəbər verir ki, bu barədə ötən gün klubdaxili iclasda qərar qəbul edilib. Rumıniyalı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Rəsmi qərarın bu gün açıqlanacağı gözlənilir. Muntyanunun qovulmasına komandanın bu mövsüm qeyri-sabit çıxışı səbəb olub. Rəhbərliyin səbr kasası Premyer Liqanın XV turunda "Xəzər Lənkəran"a 0:3 hesablı məğlubiyyətdən sonra daşıb.

Qeyd edək ki, Dorinel Muntyanu "Qəbələ"yə iyunun 15-də baş məşqçi təyin olunmuşdu. Onun müqaviləsi 1 il müddətinə nəzərdə tutulmuşdu. Muntyanunun rəhbərliyi altında "Qəbələ" Avropa Liqasında elə ilkin təsnifat mərhələsindəcə mübarizəni dayandırıb, Premyer Liqada isə 15 turdan sonra 14 xalla 6-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, "Qəbələ" FK-nun prezidenti Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA