Bürclər sevənlərinə nə vəd edir?

img

09-12-2014 [09:10]


QOÇ - Yaxşı olar ki, bütün vaxtınızı adi işlərin həllinə yönəldəsiniz. Hər hansı risk və ya yeni iş uğursuzluqla nəticələnəcək. Pul sövdələşmələrindən isə ümumiyyətlə kənar durun.

BUĞA - Ulduzların düzümü gün ərzində ovqatınızın xoş olacağını bildirir. Əgər vaxt tapıb müqəddəs ziyarətgahlara baş çəksəniz, daxili sıxıntılarınız da səngiyəcək. Sevgiyə laqeyd qalmayın.

ƏKİZLƏR - İştirakçısı olduğunuz hadisələri özünüzdən yaxşı analiz edən yoxdur. Deməli, gün ərzində külli-ixtiyar öz əlinizdə olacaq. Ulduzlar əksər sahələrdə müdafiənizdə duracaq.

XƏRÇƏNG - Təxminən saat 15-ə qədər gərginliklə baş-başa qalacaqsınız. Ola bilsin ki, ünsiyyətdə olduğunuz bəzi şəxslərlə mübahisələrə də cəlb olunasınız. Bu səbəbdən "qatığa ağ deməyə" çalışın.

ŞİR - Kifayət qədər uğurlu gündür. Planlarınızın əksəriyyəti müsbət müstəviyə yaxınlaşacaq. İşlə bağlı əsaslı dönüşə nail olmaq istəyirsinizsə, nüfuzlu şəxslərlə əlaqələri dərinləşdirin. 

QIZ - İşgüzar sövdələşmələr üçün ideal vaxtdır. Çalışın ki, müsahiblərinizin ədalətli rəyi ilə hesablaşasınız. Yalnız bu halda perspektivli gələcək barədə düşünməyə dəyər.

TƏRƏZİ - Müəyyən məsələlərdə özünüzü aldatmayın. Sözlə deyil, əməllərinizlə özünüzə qarşı rəğbət oyadın. Göy qübbəsi bu gün qarşınıza yeni və xeyirxah adamlar çıxaracağını bildirir. 

ƏQRƏB - Lovğalıq, özündənrazılıq və hər şeyə qərəzli yanaşmaq sizə başucalığı gətirən deyil. Odur ki, ətrafda olanlarla mülayim və səmimi davranmağa çalışın. Axşama yaxın sevinəcəksiniz.

OXATAN - Ayın ən uğurlu günlərindən birini yaşayacaqsınız. İstər fəaliyyətdə, istər qarşılıqlı münasibətlərdə, istərsə də məhəbbət müstəvisində işləriniz qənaətbəxş olacaq. Özünüzə inanın.

OĞLAQ - Hiss olunur ki, insanlar yavaş-yavaş sizi başa düşməyə meyl edir. Deməli, daxilinizi narahat edən ideyaları açıqlamaq olar. Bu gün yalnız Tanrıya xoş gedən hərəkətlər edin.

SUTÖKƏN - Əsas deviziniz müqəddəs Avestada göstərilən "Xeyirxah Fikir, Xeyirxah Söz, Xeyirxah Əməl" olmalıdır. Gün ərzində Ali Həqiqətə çatmaq üçün məhz bu üç prinsipə söykənməlisiniz.

BALIQLAR - Ulduzların düzümü bu təqvimdə mübahisəli situasiyalara cəlb olunacağınıza işarə edir. Özünüzü qoruyun, çılğınlığınızı cilovlayın. Saat 16-dan sonranı isə bütünlüklə sevgiyə həsr edin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA