Müdafiə Nazirliyi erməni tərəfi ilə bağlı məlumat yaydı

img

08-12-2014 [19:02]


"Ermənistanın elektron kütləvi informasiya vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin guya cəbhədə təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur".

MİA-nın məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı (MN) açıqlamada bildirilir.

«Bu, Ermənistan Silahlı Qüvvələrinin verdiyi itkilərin sayının gizlədilməsi məqsədilə atılan növbəti addımdır. Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu vəziyyətə tam nəzarət edir», - deyə MN bəyan edib.

Qeyd edək ki, bu gün bir sıra erməni KİV-i Qarabağ cəbhəsində Azərbaycan Ordusunun diversiya qruplarının qarşı tərəfə sızmasının qarşısının alınması və Azərbaycan tərəfinin itki verməsi barədə məlumat yayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA