08-12-2014 [15:44]
Ölkəmiz müstəqillik qazanandan bu yana bir çox sahələrdə, o cümlədən ailə münasibətlərində ciddi dəyişiklər baş verib. Məsələn, 1990-cı cəmi 4800 uşaq nikahdan kənar dünyaya gəlmişdisə, 2013-cü ilin statistikasına görə, nikahdankənar doğulan uşaqların sayı 26 mindən çoxdur. Cəmiyyətdə formalaşan bu yeni ailə ənənəsi şou aləmində xüsusilə inkişaf edib.
Cəmiyyətin bir parçası olan müğənnilərdən kimin nikahsız uşağı var? Tabloid.az bu sorğunun nəticəsində böyük bir siyahı əldə edib. Onlardan ən maraqlılarını sizə təqdim edirik:
Rəqsanənin Yağmuru
Müğənni Rəqsanə İsmayılova şou-biznesin ən cəsur xanımlarındandır. Çatana çatıb, çatmayana bir daş atan Rəqsanənin adı qadın alverindən tutmuş, avtomobil qəzalara qədər hər yerdə hallanıb. Bunların yanında onun adının nikahsız uşaq dünyaya gətirən şou əhlinin siyahısında çəkilməsinə yəqin ki, heç kim təəccüblənməz. Təəccüb olmasa da, bu məsələyə çox böyük ictimai maraq olduğu şübhəsizdir.

Xatırlayırsınızsa, Rəqsanənin keçmiş prodüserinin onun nikahsız uşaq dünyaya gətirməsi barədə açıqlamaları ildırım sürəti ilə yayıldı. Qeyd edək ki, hələ bu açıqlamadan öncə, Rəqsanə Moskvada əkiz uşaqlar doğduğu, onlardan birinin öldüyü və Moskvada dəfn etdiyini söyləmişdi. Sonradan məlum oldu ki, uşaq birdir və Bakı doğumludur. Söhbət Rəqsanənin Yağmur adı verdiyi qızından gedir.
O uşağın atası kimdir?
Bir zamanlar qeyri-adi imici ilə tanının əməkdar artist Aygün Bəylərin də nikahsız uşaq doğduğu söylənir. Müşahidələrindən də görünür ki, birdən-birə xarici görünüşündə dəyişiklik edən Aygün Bəylər bunu səbəbsiz eləməyib. Beləliklə, səhnəyə kepka ilə deyil, qadın imici ilə çıxmasını Aygünün şəxsi həyatındakı dəyişikliklə əlaqələndirənlər haqlı çıxdılar. Çox keçmədi ki, o, ana da oldu. Sənətçi sevib, sevilib və sevdiyi insandan qız övladı dünyaya gətirib.

Aygün Bəylərin müsahibələrindən aydın olur ki, 15 ildir xaricdə yaşayan həmin şəxs aranjemançıdır: "Bilmirəm, bəlkə uşaq böyüyüb atasının yanında qalacaq, ya da atası özü gələcək. Yəqin ki, atası istəsəydi, qalardı da! Hamı gördü ki, o necə sənətçidir, sənətə bağlı insandır. Deyə bilmərəm ki, ayrı-ayrı adamlarıq, amma fikirlərimizdə fərqlilik var. Sənətimiz, ürəyimiz, övladımız eyni olsa da, həyata, dünyaya baxışlarımız tamam fərqlidir. Amma şükür Allaha ki, sevdiyim insandan övladım dünyaya gəlib. Heç bir yerdə yaşayanlar sona qədər bir-birlərini sevə bilmirlər. İndi cavan ailələr tez dağılır. Yaxşı ki, övladımı yaşlı vaxtda dünyaya gətirdim. Əlbəttə, uşaq həyatı başa düşəndən sonra atasını görməyə gedəcək, o, övladını görməyə gələcək. Mən istəyirdim ki, tək olmayım, bizim yaratdığımız əsər bizim davamçımız olsun! Həyat göstərər!”

Uşağımın atası ərim deyil
Nikahsız doğulan daha bir uşağın anası prodüser Təranə Səmədovadır. Bu barədə mətbuata o, özü açıqlama verib. Hətta uşağının keçmiş əri müğənni Kərim Abbasovdan olduğu barədə fikri də təkzib edib: "Belə düşünən insanlar mənim və ailə həyatım barədə informasiyası olmayanlardır. Fakt odur ki, Kərim uşağımın atası deyil”.

O, bütün qınaqları göz önünə alaraq bu addımı atdığını və qızı Sueli dünyaya gətirməkdən peşman olmadığını deyib: "Peşman deyiləm. Övladımla xoşbəxtəm. Mənəvi baxımdan çox güclü insanam. Övladıma görə hər şeyə dözməyə çalışıram”.
Övladım halallıqla dünyaya gəlib
Günel Ələkbərova bu il mayın 24-ü nikahsız qız övladı dünyaya gətirib. O, körpəsinə Məryəmxanım adını qoyub. Qızından söhbət açan Günel xoşbəxt olduğunu, qızı üçün çox fədakarlıq etdiyini deyib:

"Gizli saxlamağımın səbəbi yoxdur. Bu mənim şəxsi həyatımdır. Qurduğum ailəni kimlərəsə göstərmək məcburiyyətində deyiləm. Əsas odur ki, biz xoşbəxtik. O qədər toy edənlər var ki, bir ayın içərisində ayrılırlar. Əsas odur ki, biz yoldaşımla bir yerdəyik. İlk başdan anam narazı idi. Narazılıq oğlanın evli olmasından dolayı idi. Amma vallah, xoşbəxtlik "ZAQS”la deyil. Əsas odur ki, kəbinimiz var, övladım halallıqla dünyaya gəlib. O, övladının arxasındadır, ata kimi özünü doğruldur. Bunu hamı da görür. Artıq ailəm də ona güvənir. Ona görə də hazırda heç bir narazılıq yoxdur. Qızımın atasının başqa övladları var. Onlar arasında ayrı-seçkilik etmir. Boşanmayıb, onun iki ailəsi var. Biri mən, biri də odur. Mənim onun övladının biri ilə ünsiyyətim də var.
Övladım halallıqla dünyaya gəlib. Uşağımızı bir yerdə böyüdürük. Hər ikimiz də çalışırıq ki, vətənə layiqli övlad olsun”.
"Məndən və övladımdan imtina edən insan bizə lazım deyil”
Müğənni Ayan Babakişiyevanın nikahdan kənar uşağının atası Azərbaycan Taekvando Federasiyasının 1-ci vitse-prezidenti Füzuli Musayevdir. Cütlüyün Selena adında qızı dünyaya gəlib. Tərəflər uzun müddət münasibətlərini gizli saxlamağa üstünlük verib. Gizli münasibətin üzə çıxması isə tərəflərdən birinin – F.Musayevin bu münasibəti səhv adlandırması səbəb oldu.

Ayan isə sənədlərlə danışıb: "Səhv edən də, aldanan da mənəm. Çünki gəncəm, 52 yaşında bir insanın 7 illik münasibəti səhv adlandırması nə dərəcədə düzgündür? Füzuli Musayev əlində məhkəmənin boşanma qərarı ilə yanıma gəldi və mənə evlənmək təklif etdi. Övladımı mənimlə evlənmək iddiasında olan, subay kişidən dünyaya gətirmişəm. Bu gün ayılıb məni və yeni dünyaya gələn körpəsini səhv adlandırırsa, bu, onun həyat tərzidir. Amma çox gülməlidir ki, o səhvini uşaq doğulandan sonra başa düşdü. Xoşbəxtəm ki, artıq belə bir insan övladımın və mənim həyatımda yoxdur. İctimaiyyət qarşısında məndən və övladımdan imtina edən insan bizə lazım deyil. Mən iradəmlə ayaqda durmağı bacaracağam”.

"Özüm bilərəm həyatımda nə baş verir”
Açıq-saçıq səhnələrlə gündəmə gələn azərbaycanlı aktrisa Türkan Əliyeva da nikahdan kənar övlad dünyaya gətirəcəyini bildirib. Artıq hamilə olsa da, ayrıldığını və hələlik ərdə olmadığını bildirən aktrisanın sözlərinə görə, övladının atası məşhur simadır. "O, insan müğənnidir. Şəxsi həyatım özümə məxsusdur və özüm bilərəm həyatımda nə baş verir. Yaxın zamanlarda ikimiz də sevgimizi etiraf edəcəyik".
"Gündəlik Teleqraf" MMC-yə daxil olmayan saytların istinadla olsa belə web-səhifəmizdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir.
İnstitut direktoru vəzifədən azad edilib - Yeni təyinat
Çingiz Qənizadənin oğlu yeni vəzifəyə təyin olunub
DİN Qarabağ bölgəsinə gedən şəxslərə müraciət edib
İcra başçısının müavini vəzifədən çıxarılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)
Rusiyada İslam Bankı yaradılır - Duma üzvündən açıqlama
"Azərbaycanla Türkiyə iki bədəndə bir candır”– Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
"Güzəştli mənzil" sisteminə kiberhücum... - DTX araşdırmaya başlayıb
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb
Məhkəmə sədri vəfat edib
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
“İstanbul Klinika” cərimələndi
"Patent haqqında" qanuna çoxsaylı dəyişikliklər edilib - Detallar
Sergey Narışkin Azərbaycan prezidentini təbrik edib - MƏTN